Bəhmən Əliyev

Bəhmən Əliyev (31 dekabr 1934, Bakı24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi.

Bəhmən Əliyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (58 yaşında)
Fəaliyyəti Animator, rejissor, ssenari müəllifi
Fəaliyyət illəri 1961-1993
İstiqamət animasiya
IMDb ID5745467

Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib.

Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb.

  1. "Bakılı" press-avtomatı (film, 1967)
  2. "Koroğlu" dənizdə (film, 1966)
  3. Balaca çoban (film, 1985)
  4. Böyük bostan (film, 1965)
  5. Camışçılıq (film, 1966)
  6. Cırtdan (film, 1969)
  7. Cırtdan və div (film, 1983)
  8. Cırtdan-"pəhləvan" (film, 1981)
  9. Cırtdanın yeni sərgüzəşti (film, 1973)
  10. Cücələrim (film, 1975)
  11. Dəniz səyahəti (film, 1992)
  12. Əndazədən çıxanda (film, 1988)
  13. Fitnə (film, 1970)
  14. Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
  15. Güzgü (film, 1990)(I)
  16. Humayın yuxusu (film, 1985)
  17. Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
  18. Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
  19. Lağım (film, 1993)
  20. Lovğa fil balası (film, 1987)
  21. Meşəyə insan gəlir (film, 1980)
  22. Nar ağacının nağılı (film, 1989)
  23. Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
  24. Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964)
  25. O geri çəkilməlidir (film, 1966)
  26. Qaravəlli (film, 1989)
  27. Qaravəlli-2 (film, 1992)
  28. Qəribə əjdaha (film, 1984)
  29. Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  30. Sabir (film, 1962)
  31. Şah və xidmətçi (film, 1976)
  32. Şahzadə-qara qızıl (film, 1974)
  33. Sakit Yonun macəraları (film, 1985)
  34. Sən belə cımbılısan (film, 1982)
  35. Sərdar İmrəliyev məktəbi (film, 1964)
  36. Sonrakı peşmançılıq (film, 1978)
  37. Talada ev (film, 1986)
  38. Təqib (film, 1984)
  39. Toral və Zəri (film, 1979)
  40. Tülkü həccə gedir (film, 1971)
  41. Uçan zürafə (film, 1983)
  42. Ümid (film, 1992)
  43. Uşaq və külək (film, 1982)
  44. Xrizantema yarpağı (film, 1989)
  45. Yalançı çoban (film, 1991)
  46. Yatmaq vaxtıdır (film, 1984)
  47. Bahar əyləncələri (film, 1989)
  48. Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965)
  • “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” [Onun ən böyük arzusu balacaları sevindirmək idi] //7 gün.- 2001.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 49.