Yatuğan

Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub.

Yatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir.

Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.[1]

Bu alət qucaqda "yatılı" şəkildə çalındığı üçün belə adlandırılır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]