Yau Tsim Mong — Honkonqun 18 inzibati ərazi dairələrindən biridir. Koulundan cənub-qərbdə yerləşir. Çimsayev, Çimsayev-ist, qərbi Koulun, Monkok, Yaumatey, Cordan və Taykokçey şəhərləri burada yerləşir.
İnzibati ərazi dairəsi iki qədim dairənin Ya-Şim və Monq-Kokun birləşdirilməsinindən yaranıb və adı da bu iki dairənin adından götürüb.
2006-cı ilin məlumatına əsasən burada 281 min nəfər əhali yaşayır (hindlilər, nepallılar, pakistanlılar, banqladeşlilər, lankiylər, koreyalılar və nigeriyalılar kimi immiqrantlarda burada məskunlaşmışdır).
Burada Tin xau və Şuy Yuet məbədləri həmçinin, ingilis kilsəsi Sent-Endryu, katoliq kilsəsi Rozari, Sent-Frensis kilsəsi, xristianların Monq-Kokdakı dini mərkəzləri, Koulun məscidi var.
Burada əsas gəlir gətirən sahələr ticarət, turizm, nəqliyyat, restoran biznesi və maliyyə xidmətləridir. Burada Həyat Ridjen Honkonq, Ritu-Karlton, Peninsula, İnterkontinental, Şeraton, Royal Plaza, Sülh və s. otellər vardır. Həmçinin «Wharf Holdings», «Sino Land», «GCL-Poly Energy Holdings», «Bossini International», «City`super», «Neo-Neon Holdings» şirkətləri, o cümlədən «Golden Harvest» kinostudiyası, HSBC, Bank of China, Morgan Stanley, Credit Suisse, Deutsche Bank ve s. banklar mövcuddur.
Əsas ticarət mərkəzləri — «The ONE», «iSQUARE», «Harbor siti», «Çayna Honkonq siti», «Nyu Uorld Centre», «Miramer», «K11» <<Şenqhem Pleys Moll», «Elementlo», «Olimpian Siti» «Silverkord Arkad»,, «Çim Şa Cuy Sentr», «Empayr Sente», «Van Pekinq», «Palas Moll», «1881 Xeritc», «Qrand Sencuri Plyes», «Мetro Harbor Vyu», «Dikson Kipr Ekspon», «Payonir Sentr», «Sino Sentr», «Monq Konq kompüter Sentr», «Xo Kinq», «Ka Lok». və s.
Əsas mağazaları Natan Roud, Leeyn park, Templ Strit, Kanton Roud, Pekinq Rouq prospektlərində yerləşir
Cordan küçesinde olan “Neft bazarı” adlanan yer, Tunq Coy Stritde Qoldviş market ve Leyniş Market balıq, Yu En Pol Strit küçesi quş almaq üçün, Flaor Market Roud gül almaq üçün, Fa yun stirt ise ayaqqabı almaq üçün çox münasibdir.