Yavay yarımadası — Qərbi Sibirdə, Kara dənizi sahillərində yerləşən yarımada. Qdansk yarımadasının şimal-qərb qutaracağını təşkil edir. Cənub-qərb və qərbdən Ob estuarisi cənub-şərq və şərqdən isə Qdansk estuarisi ilə əhatələnir.
Yavay yarımadası | |
---|---|
Yerləşməsi | |
71°31′ şm. e. 79°17′ ş. u.HGYO | |
Akvatoriya | Kara dənizi |
Ölkə | Rusiya |
|
Şimaldan cənuba doğru 210 km uzunluğa malikdir. Burada ən böyük eni 20–30 km-dir. Yarımadanın şimalı sualtı qayalarla Şokalski adasına doğru uzanır. Burada eni 5 km olan boğaz yerləşir. Yarımada ərazisinin böyük hissəsi düzəndir. Ərazisi əsasən bataqlıqlaşmışdır. Maksimal hündürlük 75 metrdir. Sahilləri alçaqdır. Mara sürülərinin buradan keçməsi istisna ərazisində yaşayış yoxdur. 72-ci paraleldən şimaldakı ərazilər Qdansk yasaqlığı ərazisinə daxildir. Ən yaxın yaşayış məntəqələridir. Yuribey və Matyuysaledir. Yarımadanın cənubunda zəngin neft və qaz yataqları vardır. İnzibati cəhətdən yarımada Yamalo-Nenets Muxtar Dairəsinin Tazov rayonu ərazisinə daxildir.