| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966).
Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
15 avqust 2017-ci ildə vəfat etmişdir.[1]
- Tarixi roman və müasirlik. Azərbaycan SSR "Bilik" Cəmiyyəti. Bakı: Elm, 1975;
- Azərbaycan sovet tarixi romanı. Bakı: Yazıçı, 1979;
- Tarix və roman. Bakı: Yazıçı, 1988;
- Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi (metodik göstəriş). Bakı, 1990 (Hüseyn Həşimli ilə birgə);
- Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Sabah, 1997;
- Naxçıvan-yurdum mənim (məqalələr toplusu). Bakı: Sabah, 1997;
- İstiklalin Azaplı Yolu. Ankara: Ankara Üniversitesi Yayınevi, 1997;
- İstiqlal şairləri. Bakı: Elm, 1998;
- Tarixi roman yeni mərhələdə. Bakı: Maarif, 1998;
- Mənim əbədi dünyam (ədəbi-tənqidi məqalələr). Bakı: Maarif, 1998;
- Ədəbi yaddaşdan səhifələr (məqalələr). Bakı: Adiloğlu, 2002;
- Ədəbi mühit və sənətkar (məqalələr). Bakı: Adiloğlu, 2002;
- Ürəyimdən keçənlər (publisistik düşüncələr). Bakı: Adiloğlu, 2002;
- Əlimdədir hələ qələm… (məqalələr). Bakı: Adiloğlu, 2003;
- Ədəbi portretlər. Bakı: Adiloğlu, 2004;
- Müəllimlərim və müəllim dostlarım. Bakı: Adiloğlu, 2004;
- Azərbaycan tarixi romanı: mərhələlər, problemlər: 1930–2000. Bakı: Adiloğlu, 2005;
- Ədəbi portretlər. Bakı: ADPU, 2008;
- Ədəbi portretlər. Bakı: Elm, 2009;
- Elmin və təhsilin işığında. Bakı: Elm və təhsil, 2010;
- Karabağ — İmdat Çığlığı (Karabağ Harayı). İstanbul: Kültür Ajans Yayınevi, 2010;
- Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Elm və təhsil, 2012;
- Ədəbi estafet. Bakı: Adiloğlu, 2013;
- İstiqlalın əzablı yolu. Bakı: Adiloğlu, 2013;
- Xatirələr işığında: ömür keçdi, gün keçdi… Bakı: Adiloğlu, 2014.
- ↑ "Yavuz Axundlu vəfat etdi - Axar.az". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.