Yaxın dayan (serial, 2021)

Stay Close (Yaxın dayan) — Yazıçı Harlan Kobenin 2012-ci ilde nəşr etdirdiyi eyni adlı romanı əsasında çəkilən və Red Product Company tərəfindənt Netflix üçün istehsal edilmiş Britaniya miniserialıdır. Səkkiz epizoddan ibarət serial 31 dekabr 2021-ci ildə yayımlanıb

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Meqan Piers Livingston şəhərinin kənarında yaşayan və qaranlıq keçmişini gizlədən anadır. O, sevdiyi şəxs Deyv və üç uşağı ilə xoşbəxt həyatını yaşayır.

Rey Levin bir vaxtlar istedadlı sənədli fotoqraf olub . Sevdiyi qadını itirməsi onu çox dəyişir. İndi o heç bir karyera yüksəlişi olmayan işlə məşğuldur: kirayəlik paparazzi, varlıların sosial şəbəkədə məşhur olan uşaqlarının şəkillərini çəkir.

Maykl Brum on yeddi il əvvəl baş verən krıiminal hadisən barədə hələ də düşünən detektivdir. Yerli sakinlərdən biri Stüart Qrin 17 il əvvəl heç bir iz olmadan yoxa çıxıb. Qrinin həyat yoldaşı hələ də Stüartın qayıtmasını gözləyir.

Stüartın yoxa çıxmasının ildönümündə başqa bir adam itkin düşür, Brum şübhələrindən qurtulmaq üçün bu işlə məşğul olmağı qərara alır.

Brumun araşdırmaları köhnə yaraları açır və həqiqəti üzə çıxarmağa yaxınlaşır; həyatları darmadağın olmağa doğru gedən üç nəfərin keçmiş xatirələri canlanır.

Aktyorlar və personajlar[redaktə | mənbəni redaktə et]

Cush Cambo - Meqan Piers-Şo/Kassi Morris, keçmiş striptizçi, indi üç uşaqlı ana və nişanlı qadın. Ceyms Nesbitt - Detektiv Serjant Maykl Bum rolunda

Riçard Armitaj - itkin düşmüş sevgilisini axtaran fotojurnalist Rey Levin rolunda.

Sarah Parish - Meganın keçmişindəki sirli qadın Loreyn Qriqs rolunda,.

Eddie İzzard - Harri Sutton rolunda, hüquqşünas və Meqanın keçmiş iş yoldaşı.

Co Coyner - Detektiv məmur Erin Kartrayt rolunda, detektiv Brumun iş yoldaşı və keçmiş həyat yoldaşı.

Yussef Kerkur - Fester rolunda, Reyin dostu.

Daniel Fransis - Meqanın nişanlısı Deyv Şou rolunda.

Dilan Frensis - Cordan Şo rolunda

Tallulah Börn - Laura Şo rolunda

İstehsal[redaktə | mənbəni redaktə et]

Səkkiz epizoddan ibarət serial barədə 2020-ci ilin oktyabrında Netflix tərəfindən elan edildi. O zaman Denni Broklhörstun ssenarist,Daniel O'Haranın isə serialın rejissoru olacağı bildirildi.