Yaxşı, pis, zalım

Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur.

Yaxşı, pis, zalım
it. Il buono, il brutto, il cattivo
Janr müharibə filmi
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
Distribütor MOKEP[d], Netflix
İlk baxış tarixi 23 dekabr 1966[3][4], 15 dekabr 1967[4], 29 dekabr 1967[4], 7 avqust 1968[4], 1966
Müddət 178 dəq.
Büdcə 1.200.000 $
Gəlir 38.900.000 $, 25.100.000 $[5]
Ölkələr
Dil italyan dili
Rəng rəngli
Çəkiliş yeri Madrid, İspaniya, Almeriya vilayəti
IMDb ID0060196
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir.

Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir. Tuko yalnız qəbiristanlığın yerini, Blondi isə qəbirin adını bilirdi. Çətin vəziyyətdə olan bu iki adam məcbur olaraq düşmənçiliyə ara verərək qızılın izinə düşürlər.

Onlar təsadüfən Şimal bölgəsindəki Sentenzanın başçılığı altında olan düşərgədən keçərkən əsir düşürlər. Sentenza orada qızılın yerini bilənləri öyrənir və üç nəfər qəbiristanlığa doğru hərəkət edirlər.

Filmin sonunda kino tarixinin əfsanəvi görüntülərindən biri olan üçnəfərlik duel keçirilir. Bu dueldə sağ çıxan qızılı əldə edəcəkdir.

Klint İstvudun canlandırdığı Sarışın (Blondie) ləqəbi ilə gəzib-dolaşan kovboyun əsl adı film boyu səslənmir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Luçano Vinçentsoni, Serco Leone, Acenore İnkruççi və Furio Skarpelli
Rejissor: Serco Leone
Operator: Tonino Delli Kolli
Bəstəkar: Ennio Morrikone
Prodüser: Alberto Qrimaldi
Klint İstvud — Sarışın (Yaxşı)
Li Van Klif — Sentenza (Pis)
İlay Uollak — Tuko Benedikto Pasifiko Xuan Maria Ramirez (Zalım)
Aldo Cüffre — kapitan Klinton
Mario Breqa
Luici Pistilyi — Pablo Ramirez
Rada Rassimov — Maria
Entso Petito — Satıcı
Klaudio Skarçilli
Con Barta — Şerif
Livio Lorentson — Çörəkçi
Antonio Kazale — Cekson/Bill Karson
Sandro Skarçilli — Vali
Benito Stefanelli — Kaskadyor
Ancelo Novi — Rahib
Antonio Kasas — Stivens

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]