Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur.
Yaxşı, pis, zalım | |
---|---|
it. Il buono, il brutto, il cattivo | |
Janr | müharibə filmi |
Rejissor | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
Bəstəkar | |
Distribütor | MOKEP[d], Netflix |
İlk baxış tarixi | 23 dekabr 1966[3][4], 15 dekabr 1967[4], 29 dekabr 1967[4], 7 avqust 1968[4], 1966 |
Müddət | 178 dəq. |
Büdcə | 1.200.000 $ |
Gəlir | 38.900.000 $, 25.100.000 $[5] |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid, İspaniya, Almeriya vilayəti |
IMDb | ID0060196 |
Vikianbarda əlaqəli mediafayllar |
Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir.
Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir. Tuko yalnız qəbiristanlığın yerini, Blondi isə qəbirin adını bilirdi. Çətin vəziyyətdə olan bu iki adam məcbur olaraq düşmənçiliyə ara verərək qızılın izinə düşürlər.
Onlar təsadüfən Şimal bölgəsindəki Sentenzanın başçılığı altında olan düşərgədən keçərkən əsir düşürlər. Sentenza orada qızılın yerini bilənləri öyrənir və üç nəfər qəbiristanlığa doğru hərəkət edirlər.
Filmin sonunda kino tarixinin əfsanəvi görüntülərindən biri olan üçnəfərlik duel keçirilir. Bu dueldə sağ çıxan qızılı əldə edəcəkdir.
Klint İstvudun canlandırdığı Sarışın (Blondie) ləqəbi ilə gəzib-dolaşan kovboyun əsl adı film boyu səslənmir.