Yayın 500 günü (ing. 500 Days of Summer, və ya Sammerin 500 günü[3][4][5]) — rejissor Mark Vebb[6] tərəfindən 2009-cu ildə çəkilmiş ABŞ romantik komediya-dram filmi. Əsas rolları Cozef Qordon-Levitt və Zoui Daşanel canlandırıb.
Yayın 500 günü | |
---|---|
ing. 500 Days of Summer | |
Janr | romantik komediya, komediya-dram, komediya filmi |
Rejissor | Mark Vebb |
Prodüserlər | |
Ssenari müəllifləri |
Skott Neystadter Maykl Veber |
Baş rollarda |
Cozef Qordon-Levitt Zoui Deşanel |
Operator |
|
Bəstəkarlar |
Maykl Danna Rob Simonsen |
İstehsalçı | Dune Entertainment |
Distribütor | Fox Searchlight Pictures |
İlk baxış tarixi |
17 yanvar 2009 (Sandens) 7 avqust 2009 (ABŞ) |
Müddət | 95 dəqiqə |
Büdcə | 7.5 milyon ABŞ dolları[1] |
Gəlir | 60.7 milyon ABŞ dolları |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID1022603 |
Film ilk dəfə 25-ci Sandens Film Festivalında nümayiş etdirilib. Filmin paylanma hüquqları Fox Searchlight Pictures-ə məxsusdur. 7.5 milyon dollar büdcə ilə istehsal olunan bu film beynəlxalq kinoteatrlarda 60 milyon dollardan artıq gəlir əldə edib. Bəzi tənqidçilər filmi 2009-cu ilin ən yaxşı filmlərindən biri hesab edirlər.[7]
Film ən yaxşı sserariyə görə Peyk və Spirit mükafatına layiq görülüb, həmçinin Qızıl qlobus mükafatına namizəd olub.[8]
Tom Hansen təbrik kartlarının hazırlandığı şirkətdə işləyən memardır. Günlərin birində o, yeni işçi olan Sammer ilə tanış olur. İkisi musiqi zövqlərinin oxşar olduğunu öyrənirlər. Bir müddətdən sonra onlar karaoke gecəsində sevgi haqqında danışırlar. Tomun dostu və iş yoldaşı Makkenzi içkili halda, Tomun Sammeri gizlicə sevdiyini açıqlayır.