Yayla (ümumtürk. «yay» — «yay»; türk. yaylak — yüksək dağlıqlda yerləşən yaylaq) — Krım dağlarının meşə örtüyündən məhrum olan yayla hissəsi. Əsasən yay otlaq sahəsi kimi istifadə olunur[1][2]. Ərazinin yetərincə horizontal vəziyyətdə olması diqqəti cəlb edir. Münbit torpaq örtüyünə və yay aylarında yüksək rütubətə malik olmasına görə otlaq sahəsi kimi geniş istifadə olunur. Digər dağ silsilələrindən fərqli olaraq Yayla şiş uclu deyil[3] Dağ zirvəsi boyu asanlıqla cığırlar və hətta yol belə çəkmək mümkündür. Yaylada çobanlar bütün mövsümü asanlıqda qala bilirlər.
Yayla sözü türk mənşəlidir. Məsələn krımtat. Yayla və türk. Yayla — plato mənasını verir. Sözün kökündə türk sözü olan — «yay» durur[4]. Orta Asiyanın və Qafqazın türkdilli xalqlarında eyni zamanda yaylaq termini də işlədilir.
Ərazi təpəli dağ platosu olub, alp çəmənlikləri ilə əhatə olunub. Ot və çiçəkli bitkilərin üstünlüyü diqqəti cəlb edir. Yura dövrünü əhəngdaşlarından və qumdaşlarından təşkil olunmuş yastı ərazidə su demək olar ki, axim yaratmır. Bütün yağış və qar suları süzülərək alt qatlara keçir və karst relyef formalarının (mağara, karst qıfı) yaranmasına səbəb olur. Çay və göllər demək olar ki, kırım yaylasında yoxdur. Bu üzdən meşə örtüyü də yox dərəcəsindədir. Mövcud rütubət ərazidə mülayim iqlimin dağ-çöl landşaftının formalaşmasına kifayət edir. Ərazidə nadir hallarda iynəyarpaqlı ağaclara rast gəlmək mümkündür. Yayla ərazisində meşə örtüyünü olmamasına səbəblərdən biri də yüzilliklərcə meşələrin qırılması və ərazinin otlaq kimi istifadə olunmasıdır[5].
Qədim insan fəaliyyətlərinin izlərinə əsasən demək mümkündür ki, krım yaylası hələ daş dövründə insanların məskunlaşma ərazisi olmuş. Rütubətlik baxımdan yayla Krımın ən rütubətli ərazisidir. Yayın ortasında yaylada hava kəskin dəyişə bilər, isti hava soyuq və küləkli hava ilə əvəz olunur. Yağış və duman müşahidə olunur. Krımın ən soyuq hissəsi Ay Petrin yaylasıdır. İyul ayının orta temperaturu +16 °C, yanvar ayının orta göstəricisi isə −3 °C-dir (bəzən −5,5 °C)[6]. 1960-cı ildən yayla ərazisində heyvanların otarılması qadağan edilmiş. Ərazinin otlaq kimi istifadə olunmuası torpaq eroziyasına səbəb olur[7].