Yeşua D. Salom malikanəsi


Yeşua D. Salom malikanəsiBosniya və Herseqovinanın Sarayevo şəhərinin mərkəzində yerləşən malikanə. Bina 2008-ci ilin noyabrından Bosniya və Herseqovinanın milli abidəsi olaraq siyahıya alınmışdır.[2]

Yeşua D. Salom malikanəsi
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 43°51′24″ şm. e. 18°25′29″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milyaşka çayının şimal sahilində, Avstriya-Macarıstan imperiyası dövründə tikilmiş binalar arasında Yeşua D. Salom malikanəsi, çayın qarşı sahilində isə Aşkenazi yəhudilərinə aid sinaqoq yerləşir.

Yeşua D. Salom malikanəsi 1901-ci ildə, məşhur memar İosip Vankaşın dizaynı ilə, məşhur yəhudi taciri Yeşua D. Salom üçün tikilmişdir. Bu dövrdə 1893-cü ildə qəbul edilmiş "Paytaxt - Sarayevo İnşaat Nizamnaməsi"nə əsasən Milyaşkanın sağ sahili boyunca yalnız iki mərtəbəli binalar inşa edilə bilərdi.[3]

Malikanə yaşayış binaları arasında çiçək motivlərindən istifadə edilmiş ilk tikililərdən biridir.[4] Bina tikildiyi ilk dövrlərdə su, daxili santexnika, elektrik enerjisi və istilik sisteminə sahib avanqard obyekt idi. Binanın arxasında daş fəvvarəli daxili həyət yerləşirdi.

1922-ci ildə bina Simo Krstiçə satıldı. 1931-ci ildə isə malikanəyə Bosniya və Herseqovina Mərkəzi Bankı tərəfindən əl qoyuldu və elə həmin ildə bank binanı ilk Bosniya kibrit fabriki olan Dolakın direktoru Jak Saloma satdı.[3]

Bina 1962-ci ildə Bosniya və Herseqovina Mühəndislər və Texniklər Cəmiyyətinin qərargahının yerləşdiyi sosial mülk olaraq milliləşdirildi. Malikanə 1991-ci ildən bəri Demokratik Fəaliyyət Partiyasının Sarayevo kantonal idarə heyətinə ev sahibliyi edir.[3]

2008-ci ildə Sarayevo Kantonal Mədəni, Tarixi və Təbii İrsin Qorunması İnstitutu daha sonra milli abidə olaraq siyahıya salınanan malikanəni bərpa etmişdir.

Tikilinin ölçüləri 27,7 x 16,55 metr kimidir və ümumi hündürlüyü 18,20 metrdir. Binanın girişi qəhvəyi rəngli qoruyucu boya ilə örtülmüş keyfiyyətli palıd ağacından hazırlanmış, 2,15 x 3,3 metr ölmülərində iki qanadlı taxta portaldan ibarətdir.[5] Tikilinin kompozisiyası təxminən 3,7 metr diametrdə və 5,1 metr hündürlüyündəki yumurta formalı günbəzin ucaldığı iki mərtəbəli bir dam örtüyü ilə tamamlanmışdır.

  1. 1 2 Commission to Preserve National Monuments of Bosnia and Herzegovina. 2001.
  2. "Palata Ješue D. Saloma u Sarajevu" (PDF). kons.gov.ba. İstifadə tarixi: 13 sentyabr 2016.[daimi ölü keçid] (#empty_citation)
  3. 1 2 3 "Sarajevo Travel". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
  4. "Nedžad Kurto: ARHITEKTURA BIH- Razvoj bosanskog stila". Kulturno naslijeđe, Sarajevo. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2017. (#empty_citation)
  5. "Gorčin Dizdar: Secesija i 'bosanski slog' – bosanski stil u arhitekturi". Fondacija Mak Dizdar, objavljeno 07/12/2008. 2017-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2017.