Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Yedigey (d. 1352 – ö. 1419) — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
Yedigey | |
---|---|
Doğum tarixi | 1352[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1419[1][2] |
Vəfat yeri | |
Uşaqları |
|
Fəaliyyəti | hərbi lider[d], siyasətçi, bəylərbəy[d] |