Yekaterina Alekseyevna Ryabova (27 mart 2003; Moskva, Rusiya) — Azərbaycanı təmsil edən fiqurlu konkisürən.
Yekaterina Ryabova | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Yekaterina Alekseyevna Ryabova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Boyu | 162 sm. |
İdman növü | Fiqurlu konkisürmə |
Yekaterina Ryabova 2003-cü il martın 23-də Moskva şəhərində anadan olub.
Yekaterina Ryabova 2019-cu ilin 4-10 martında Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında 12-ci pillənin sahibi oldu. Həmin turnirin nəticələrə əsasən Yekaterina Ryabova (idmançı) Lozanna Olimpiadasına vəsiqə qazandı. Bununla da Yekaterina Ryabova Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.[1][2]
Yanvarın 11-də Lozanna Olimpiadasında qısa proqram baş tutdu. 16 idmançının mübarizə apardığı mərhələdə Yekaterina Ryabovanın çıxışı 60.30 balla qiymətləndirildi. Həmin nəticələrə əsasən qısa proqramdan sonra Yekaterina Ryabova 9-cu pillədə qərarlaşdı.[3] 2 gün sonra baş tutan sərbəst proqramda isə Yekaterina Ryabovanın çıxışı 110.08 balla qiymətləndirildi. Bu nəticələrə əsasən 16 yaşlı Yekaterina Ryabova ümumi nəticədə 170.38 balla Yeniyetmələrin III Qış Olimpiya Oyunlarını 16 idmançı sırasında 8-ci pillədə başa vurdu.[4]