Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır.
Biq Ben | |
---|---|
Big Ben | |
51°30′02″ şm. e. 0°07′28″ q. u. | |
Ölkə | Birləşmiş Krallıq |
Şəhər | London |
Yerləşir | Vestminster sarayı |
Memar |
Çarlz Berri Oqastes Uelbi Pyucin |
Tikilmə tarixi |
Qüllə: 1858 Saat: 11 iyul 1859 |
Üslubu | qotika |
Hündürlüyü | 96 m |
Material | Əhəng daşı[1] |
Rəsmi sayt | parliament.uk/bigben/ |
Rəsmi adı: Palace of Westminster and Westminster Abbey including Saint Margaret’s Church | |
Tipi | Mədəni |
Kriteriya | i, ii, vi |
Təyin edilib | 1987 |
İstinad nöm. | 426 |
Dövlət | Böyük Britaniya |
Region | Avropa |
İngiltərənin qeydiyyata alınmış abidələri | |
İstinad nöm. | 1226284 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır[2]. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.
"Biq Ben" adı əvvəllər qüllədəki Böyük zəngi ifadə etsə də hazırda həm qülləni, həm də saatı və zəngi birlikdə ifadə edir. Adın mənşəyi barəsində 2 əsas fərziyyə mövcuddur:
2012-ci ilin iyun ayında Vestminister sarayı bu saat qülləsinin adının Yelizavet qülləsi adlandırılmasına qərar verib. İngiltərənin paytaxtı Londonun simvollarından olan məşhur Big Ben saatının adının dəyişdirilməsi ilə əlaqədar belə bir addımı ingilis parlamentarilər İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə atıb.
15 dəqiqə işləmiş: | (1) |
Yarım saat: | (2) (3) |
15 dəqiqə qalmış: | (4) (5) (1) |
Tamam: | (2) (3) (4) (5) |
Biq Ben |