Yem

Yem bitkiləri[redaktə | mənbəni redaktə et]

Ot talası

Becərilən yem bitkiləri-kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər, siloslu və dənli Y.b. aiddir. Azərbaycan respublikasında birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpızqabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.

Yem əmsalı[redaktə | mənbəni redaktə et]

İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Y.ə. sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir.

Yem norması[redaktə | mənbəni redaktə et]

Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı v ə s.) asılı olaraq normaya salınır. Müasir Y.n.-na heyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma, fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hər növünə vitaminmikroelementlərin, donuzlar və quşlar üçün amin turşuların sərf olunma norması hazırlanmışdır. Y.n. daimi deyil. Yem rasionu Y.n. əsasında düzəldilir.

Yem rasionu[redaktə | mənbəni redaktə et]

Heyvanların qidalı maddələrə t ələbatına görə yem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq yem.

Yem vahidi[redaktə | mənbəni redaktə et]

Yemin ölçü vahidi və ümumi qidalılığının müqayisəsi. Bir Y.v. kimi 1 kq quru vələmirin orta qidalılığı vahid qəbul edilmişdir. Qaramalda piylənməyə görə təyin edilmiş bir Y.v.-nin qidalılığı 150 q yağa və ya 1414 kal-yə bərabərdir. Kənd təsərrüfatı heyvanları üçün yem norması Y.v. əsasında hesablanır.

Yem yeri[redaktə | mənbəni redaktə et]

Vəhşi heyvanları cəlb etmək məqsədilə müəyyən yerə yem qoymaq (tutmaq və ya müşahidə aparmaq üçün).

Yemin məhsuldar təsiri əmsalı[redaktə | mənbəni redaktə et]

İstifadə edil ən qidanın miqdarının istifadə edənin artımına nisbəti (hər iki göstərici quru çəki ilə ifadə olunur).[1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003