Yengəcyeyən

Yengəcyeyən (lat. Lobodon carcinophagus) — Antarktida suitiləri arasında yengəcyeyən suitilər cinsinə (Lobodon) aid növ.

Yengəcyeyən
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yengəcyeyən
Beynəlxalq elmi adı

Dünyada yeganə suiti növüdür ki, sayları 7–40 milyon baş qiymətləndirilirdi. Hazırda isə onların sayının 14 milyonu keçmədiyi bildirilir. Dünyada insandan və ev heyvanlarından sonra sayına görə ikinci məməli hesab edilir[3]. Onların sayı dünyada olan bütün suitilərin sayından çoxdur.

Adlanmasına gəldikdə bu onların hecdə yengəclə qidalanması ilə əlaqədar deyil. Onlar hecdə yengəc yemirlər, əsasən krillə qidalanırlar.

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Yetkin fərdin uzunluğu 2,2–2,6 m, çəkisi isə 200–300 kq arası dəyişir. Dişilər erkəklərə nisbətən iri olurlar. Siması uzun və nazikdir. Yığcam bədən quruluşuna malikdir. Yanvar-Mart ayları tünd qəhvəyi, belində isə gümüşü-boz zolaq vardır. Sonradan isə rəngi süd-ağ rəng alır. Çoxunda çapıx izləri vardır. Bu izlərin səbəbi Dəniz bəbirinin qoyduğu izlərdir. Balalar iki-üç həftə südlə bəslənilir. Kənardan onları izləyərkən bəzən onları Dəniz bəbirlərinə və ya Ueddell suitisinə oxşadırlar. Ancaq dəniz bəbirlərindən fərqli olaraq onlar koloniya əmələ gətirirlər.

Onlar əsasən Antarktida ətrafı dənizlərdə yaşayır. Cənub yarımkürrəsinin 65°Cənubda yerləşən ərazilərə xass canlıdır. Miqrasiya zamanı buzlaqlarla mülayim enliklərə qədər gəlir. Bəzi hallarda onlar Cənubi Amerika, Yeni Zelandiya, AvstraliyaAfrikanın cənub ərazilərində görünür. Onlar Rio-de-la-Plata ərazisinə ArgentinaUruqvay sərhədi ərazisinə gələ bilirlər[4].

Əsas yerləşim yerləri buzlaqların üzəridir. Koloniya halında birləşərkən sayları bir necə mini keçir. Sudan buzun üzərinə sürətlə çıxa bilir. Aktiv ov qabiliyyətinə malikdir və əsasən gecələr ov edir. 430 metr dərinliyə enir və 11 dəqiqə suyun stlında qalır. Əsasən Antarktida krili ilə qidalanır. Qida rasiyonuna balıqlarda daxildir.

Yetkinlik yaşına 2,5–6 ilində çatır. Yeni doğulan balaların 1,1–1,3 m uzunluğa və 20–40 kq çəkiyə malik olur. Ana balalarını 2–3 həftə südlə bəsləyir. Balalar gün ərzində 4 kq çəki artırır. Süddən kəsildiyi günə qədər 110 kq çəki alır. Onlar südlə bəsləməni bitirdikdən sonra dişilər çütləşməyə hazır olurlar. Onlar suda çütləşirlər. Çütləşmə dönəmi oktyabr-dekabr ayları baş verir.

Ortalama olaraq 20 il yaşayırlar. Əsas düşmənləri Dəniz bəbiriOsadır.

Maraqlı məlumat

[redaktə | mənbəni redaktə et]

Antarktidaya Robert Skottun təşkil etdiyi ekspedisiyada iştirak etmiş ingilis bioloq və alim Edvard Adrian Vilson (1872–1912) belə düşünürdü ki, Yengəcyeyən suitilər ölərkən Antarktidanın daxilinə gəlir və burada ölürlər. O, hətta yengəcyeyənlərin materikin 30 mil daxili hissəsində bir necə min metr hündürlükdə aşkarlamışdır.

  • Lobodon carcinophagus. [ölü keçid] — P. 288–290. // In: Jefferson T. A., Leatherwood S., Webber M. A. (1993): FAO species identification guide. Marine mammals of the world. Rome, FAO. 1993. 320 p. 587 figs.