Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.(may 2024) |
Yeni Kaledoniyada etirazlar (fr. Émeutes de 2024 en Nouvelle-Calédonie) — Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən biri olan Yeni Kaledoniyada 2024-cü ilin 13 may tarixindən etibarən başlamış etirazlar. Hadisələr Yeni Kaledoniyanın Fransanın nəzarətindən çıxıb, müstəqil dövlət olması fonunda başlamışdır.
Yeni Kaledoniyada etirazlar | |||
---|---|---|---|
Tarix | 13 may 2024 – davam edir | ||
Yeri | Yeni Kaledoniya | ||
Səbəbi | Yeni Kaledoniyada seçicilərin sayını artırmaq üçün Fransa Konstitusiyasına dəyişiklik etmək barədəki qərar | ||
Vəziyyəti | Davam edir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
13 may tarixində başlamış etirazların əsas səbəbi isə Fransa tərəfinin Yeni Kaledoniyada tətbiq etməyi planlaşdırdığı səsvermə islahatları ilə bağlıdır. Belə ki, Fransa hökuməti Yeni Kaledoniyada son 10 ildə məskunlaşmış şəxslərin lokal səsvermələrdə iştirak etməsinə imkan verən qanunu qəbul etməyi planlaşdırmış və bu da yerli əhalinin etirazlarına səbəb olmuşdur.[4]
1998-ci ildə ölkənin paytaxtında imzalanmış Numea razılaşmasına görə seçkilərdə yalnız ada sakinləri və ya onların nəsillərindən gələn şəxslər iştirak edə bilərdilər. Etirazçılar hesab edirlər ki, mövcud dəyişiklik Yeni Kaledoniyanın gələcəkdə müstəqil olması yollarını tamamilə bağlayır və Fransanın xarici maraqlarına hesablanıb. Yeni Kaledoniyada 2018, 2020 və 2021-ci illərdə keçirilmiş Fransanın tərkibindən çıxmaq, müstəqil olmaqla bağlı referendumda əhalinin böyük əksəriyyəti Fransa Dənizaşırı Bölgələr Birliyinin tərkibində qalmağa səs vermişdir.[5]
Müstəqillik tərəfdarları ifadə edirlər ki, 2020 və 2021-ci ildəki referendum məqsədli şəkildə COVID-19 pandemiyasının geniş yayıldığı dövrdə baş tutub və sözügedən nəticələr yerli xalqın iradəsini əks etdirmir. 13 may tarixində başlamış iğtişalar əvvəlkilərdən etirazçıların kütləvi formada silahdan istifadə etməsi ilə fərqlənir. Belə ki, 13 may və 16 may tarixlərində ikisi jandarm əməkdaşı olmaqla beş nəfər öldürülüb. Digər 64 polis əməkdaşı isə yaralanıb.[6] Hadisələri törətməkdə ittiham olunan beş müstəqillik tərəfdarı hadisənin ilk günündə həbs edilib.[7]
Fransa adadakı nəzarəti bərpa etmək məqsədilə Fransa Silahlı Qüvvələrinin xüsusi təyinatlarıdan ibarət bölməsini adaya göndərib. Fransanın Daxili İşlər Naziri Jerar Darmanin əraziyə əlavə polis qüvvələrinin göndərildiyini və ümumilikdə 36 nəfərin həbs edildiyini açıqlayıb.[8][9]
Fransa Azərbaycan Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır, — bu ölkənin daxili işlər naziri Jerald Darmanen bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa rəsmisinin dediklərini növbəti əsassız fikirlər adlandırıb.
Yeni Kaledoniya, Sakit okeanın cənub-qərbində yerləşən Fransa Dənizaşırı Bölgələr Birliyinin inzibati ərazilərindən biridir. Əhalinin 44%-ni yerli kanaklar, 34%-ni isə fransız kökənli, kaldoklardan təşkil olunub. Yerdə qalan kiçik bölüm isə əsasən Fransa Polineziyası bölgəsindən gəlmiş polineziyalılardan ibarətdir. 1946-cı ildə əldə olunmuş razılığa əsasən Yeni Kaledoniya Fransa torpağı kimi tanınıb və adanın Fransa parlamentinin hər iki palatasında nümayəndələri mövcuddur. Fransa Prezidenti adanın rəsmi dövlət başçısıdır. Yeni Kaledoniyada müdafiə və daxili təhlükəsizlik və xarici əlaqələr kimi məsələlər Fransa tərəfindən idarə edilməkdədir.
1998-ci ildə ada paytaxtı olan Numeada imzalanmış razılaşmaya əsasən Fransa tərəfindən Yeni Kaledoniyanın muxtariyyət haqqı tanınmışdır və adanın ümumi bir kollektiv olaraq Fransa hüquq sistemi daxilində fəaliyyət göstərməsinə icazə verilmişdir. Razılaşma Yeni Kaledoniyanın müstəqillik yolunu bağlamırdı, müqavilədə qeyd olunmuşdur ki, adada müstəqilliklə bağlı üç dəfə referendum keçirilə bilər və həmin referendumlarda səsvermə hüququ yalnız yerli kanaklara və 1998-ci ildən əvvəl adada məskunlaşmış şəxslərə şamil edilirdi.[10]
1998-ci ildə imzalanmış müqavilədə adada yaşayan bütün əhaliyə referendumlarda iştirak etmək hüququ tanınmamışdır. Belə ki, adada yaşayan və qeydiyyatı olan şəxslər Fransa Prezidenti və Milli Assambleya üçün olan seçkilərdə iştirak etmək hüququna sahib olsalar da, adanın müstəqillik məsələsi ilə bağlı keçirilməli olan referendumlarda səsvermə hüququ olan vətəndaşların sayı məhdudlaşdırılmışdır. Müqaviləyə görə yalnız kanak xalqının nümayəndələri və yaxud 1998-ci ildən əvvəlki 10 il müddətində adada məskunlaşmış şəxslərin sözügedən referendumlarda iştirak etmək hüququ vardı.
Müqavilədə belə bir bəndin göstərilməsi Fransadan gəlmiş və adada məskunlaşanları, eləcə də, Uollis və Futuna kimi ərazilərdən gələrək Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşlığı olan şəxsləri faktiki olaraq referendumlarda iştirak etmək hüququnu əlindən alırdı. 1999-cu ildəki referendum zamanı 8.000, 2009-cu ildə 18.000 və 2023-cü ildəki sonuncu səsvermə zamanı isə 42.000 nəfər şəxsin iştirakı ilə referendumlar baş tutmuşdur.
2023-cü ildə baş tutmuş sonuncu referendumda adada yaşamasına və Fransa vətəndaşlığının olmasına baxmayaraq seçkilərdə iştirak etmək hüququ olmayan şəxslərin sayı 178 min nəfər yaxın olmuşdur. Həmin şəxslər ifadə etmək üçün fransız mətbuatı tez-tez dondurulmuş elektorat ifadəsindən edib.[11][12]
1999-cu ildə Fransa Konstitusiya Şurasının adada 10 il yaşamaq və sonra referendumda iştirak etmək tələbini ləğv etmək istəməsindən sonra sabiq Fransa Prezidenti Jak Şirak 2007-ci ildə Fransa Konstitusiyasında dondurulmuş elektorat qaydasını geri qaytarmağa nail olmuşdur.[13]
1998-ci ildə əldə olunmuş razılaşmasının bəndlərinə uyğun olaraq Yeni Kaledoniyanın yerli əhalisi hesab olunan kanakların və 1998-ci ildən əvvəlki 10 il müddətində adada məskunlaşmış şəxslərin 3 dəfə müstəqilliklə bağlı referendum keçirmək hüquqları vardı. 1999, 2020 və 2021-ci illərdə keçirilmiş seçkiləri zamanı səsvermə hüququ olan şəxslərin mütləq əksəriyyəti Fransanın tərkibində qalmaqla bağlı səs verib. 2021-ci ildəki seçkilər müstəqillik tərəfdarlarının əksəriyyəti tərəfindən boykot edilib. Kanak xalqının nümayəndələri və digər müstəqillik tərəfdarları 2021-ci ildəki referendumu boykot etməklə həmin seçkilərin nəticələrini tanımadıqlarını açıqlamışdılar.
2023-cü ilin 26 dekabr tarixində Dövlət Şurası 1998-ci ildə qəbul edilmiş və adada yaşayan onminlərlə şəxsi seçkilərdəki iştirakdan məhrum edən qaydaları ümumilik və seçki hüququnun bərabərliyi prinsiplərindən uzaq hesab edərək tənqid etmişdir.
<ref>
teqi; ABC Australia 17 May 2024
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; MEE
adlı istinad üçün mətn göstərilməyib