Yeni Meksika akasiyası

Robinia neomexicana (lat. Robinia neomexicana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü.

Yeni Meksika akasiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20–23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5–6 sm, eni 2–2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.

İşıqsevən, quraqlığa və şaxtayadavamlıdır. Ətraf mühitin əlverişsiz amillərinə və davamlığına görə ağ akasiyaya oxşayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat bağında və Dendrologiya Institutunun təcrübə sahəsində intro-duksiya edilmişdir. Abşeron, Mərdəkan, Zaqatala, Balakən və Gəncədə park-bağlarda təsadüf edilir.

Park və bağlarda əkmək üçün qiymətlidir. Aran rayonlarda suvarma tələb edir. Bol çiçək açır və meyvə verdiyi üçün respublikamızda bir çox rayonlarda yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.