Yeni Zelandiya yelpikquyruğu—kiçik həşəratyeyən quşdur. Geniş ərazidə yayılmış yelpikquyruqlar Yeni Zelandiyanın Cənub Adalarında, həmçinin Rhipidura fuliginosa placabilis kimi yarımnövləri Şimal Adalarında, Rhipidura fuliginosa penita yarımnövü Çatem adlarında, hal-hazırda nəsli kəsilmiş Rhipidura fuliginosa cervina (və ya Lord Houv yelpikquyruğu) yarımnövü Lord Houv adasında yayılmışdır. Bu quş alabəzək yelpikquyruq və ya Maori dilində Pīwakawaka və ya Tīwakawaka kimi də adlanır. Bu növlər bir çox halda Avstraliya və Yeni Kaledoniyanın boz yelpikquyruqları ilə eyni növ hesab edilir, lakin quşların çağırışlarındakı fərqlərə görə bəzi orqanlar indi bu quşlara ayrıca növ kimi bu yanaşır.
Yeni Zelandiya yelpikquyruğu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yeni Zelandiya yelpikquyruğu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yeni Zelandiya yelpikquyruğu mövsümi olaraq çoxalır. Şimal Adalarında avqustdan marta, Cənub Adalarında sentyabrdan yanvara və Çatem adalarında isə oktyabrdan yanvara kimi bala çıxarma dövrüdür. Onlar adətən mövsümdə iki və ya daha çox nəsil artırırlar. Quşlar adətən yığcam, fincanşəkilli yuvalarını ağacların çəngəlində, mamır qabığı və lifdən hazırlanmış və tez-tez hörümçək toru ilə tamamlanmış şəkildə qururlar. Yuvanın qurulmasında hər iki cins iştirak edir. Yuvanın ölçüsü adətən, boz və qəhvəyi xallı üç-dörd yumurta sığacaq qədər olur. İnkubasiya dövrü təxminən iki həftə çəkir. İnkubasiya və qidalanma vəzifələrini hər iki fərd bölüşür. Gənc erkəklər tükləndikdən iki ay sonra cütləşmə baş verə bilər. Yeni Zelandiya yelpikquyruğunun yuvalarına arabir[3] Yeni Zelandiyada ququkimilərin iki növü tərəfindən parazitlik edilir.[4]
Maori mifologiyasında piwakawaka insanlara tanrılardan ölüm və ya ölüm xəbəri çatdıran elçi rolunu oynayır.[5] Çökük gözlər və quşun qəribə uşuş davranışı od tanrısı ulu Mahuikanın olduğu yeri ortaya çıxarmamaq üçün Maui ilə yanaşı məcbur olunması ilə izah olunur.[6] Tiwakawaka həmçinin Yeni Zelandiyaya birinci köçən Maori mühacirinin adlarından biridir.[6]