Yeni məscid (İstanbul)

Yeni Məscid və ya Validə Sultan Məscidiİstanbulda 1597-ci ildə Sultan III Muradın həyat yoldaşı Safiyə Sultanın əmri ilə əsası qoyulan və 1663-cü ildə dövrün padşahı IV Mehmedin anası Turhan Xədicə Sultanın böyük səyləri və ianələri ilə başa çatdırılıb ibadətə açılan məsciddir.

Yeni məscid
Yeni cami
Xəritə
41°01′00″ şm. e. 28°58′19″ ş. u.HGYO
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Yerləşir Eminönü[1]
Tikilmə tarixi 1597
Üslubu Osmanlı
Vəziyyəti fəaliyyət göstərir
Yeni məscid (İstanbul)
Yeni məscid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memar Davud Ağa tərəfindən inşasına başlanmış, Memar Dalğıc Əhməd Ağa davam etdirmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşı Mustafa Ağa tərəfindən IV Mehmed dövründə bitirilmişdir.

Memar Sinanın Şahzadə Məscidində və Sedefkar Memar Mehmed Ağanın Sultanəhməd Məscidində etdiyi qübbə planını təkrar edir. Ancaq qübbənin piramidası xatırladır şəkildə yüksəlməsi özünə xas bir xüsusiyyətdir.

Yeni Məscid ətrafında Validə Sultan Türbəsi, Səbil, Misir Bazarı arastası var. Məscidin memarlıq üslubu, günbəzdəki yüksəklik vurğusu və yan cəbhə aşırımıdır.

Vəqflər Baş İdarəsi tərəfindən məscid və əlavələrində hazırda bərpa işləri aparılır.

  1. ArchINFORM (alm.). 1994.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]