"Yeni roman" (fr. Le nouveau roman) — Fransa nəsrində 1940-cı illərin sonundan 1960-cı illərin əvvəllərinə qədər inkişaf etmiş, Fransa ədəbiyyatının əsas ənənələrindən sayılan Balzak tipli romanı, sosial-tənqidi, qollu süjetli və çoxlu personajlarla öz əsərlərinə qarşı qoyan ədəbi cərəyanın adı. Bu cərəyan üçün "antiroman" terminindən də istifadə olunur.
Emil Enrio bu termini 22 may 1957-ci ildə "Le Monde" qəzetindəki məqaləsində istifadə etmişdir.[1] Flober, Kafka, Virciniya Vulfun əsərləri, Alber Kamyunun "Taun" və Sartrın "Ürəkbulanma" əsəri "yeni romançılar" tərəfindən Balzakın üslubunun əleyhinə yazılmışdı. Bu istiqamətin müəllifləri bir insanın həyatının müxtəlif anlarında və xarici dünyanın obyektlərində psixi vəziyyətlərinin təsvirinə müraciət edirdilər. Onların məqsədi "mövcudluq substansiyası"nın qərəzsiz rekreasiyası idi.
Kamyu və Sartr "yeni roman"çıları dəstəkləyirdilər, Sartr onları səciyyələndirmək üçün "antiroman" terminindən istifadə edirdi.