Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Taun (fr. La Peste) — Alber Kamünün 1947-ci ildə yayımlanmış romanı.[2] Kamyu romanda Əlcəzairin Oran şəhərində baş verən taun epidemiyasını müxtəlif sətiraltı ifadələr ilə məna verərək anladıb. Kitabda edilən bənzətmələrin ən vacibi bütün Avropaya, sanki qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsidir. Fransanın İkinci Dünya Müharibəsi əsnasında məruz qaldığı alman işğalı və Fransada işğala qarşı yaranan Müqavimət (Résistance) hərəkəti romanda vəbaya qarşı alınan tədbirlər ilə əlaqələndirilir. Kitabın sonuna qədər dastançının şəxsiyyəti naməlum qalır.
Taun | |
---|---|
La Peste | |
Müəllif | Alber Kamyu |
Janrlar | absurd, fəlsəfi roman |
Orijinalın dili | fransızca |
Ölkə | |
Orijinalın nəşr ili | 1947 |
Tərcüməçi | Hamlet Qoca |
Nəşriyyat | Gallimard |
Vikianbarda əlaqəli mediafayllar |
İnsanların həyatla ölüm arasında qaldığı incə xətti taun adını verərək təsvir edən Kamyu dolayı yoldan ateizmi də müdafiə edir.
Romanın başlıca xüsusiyyətlərindən biri də əhvalatın yaşandığı Oran şəhərini oxucuya şəhəri görmüş kimi əks etdirməsidir.
Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir və bir növ onların simvoludur. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.
Keşiş Paneluo taunu insanların bu günə kimi işlətdikləri günahların cəzası olaraq görür və bu cəzaya layiq olduqlarını düşünür. Tanrının varlığına inanmayan Həkim Bernar Ryö isə taunu bir pislik olaraq qəbul edir və pisliyə qarşı mübarizə aparmalı olduğuna inanır. İnsanları sevir, onlara kömək etməyə çalışır.
Həkim Ryönun öz ifadəsi ilə desək heç Tanrı da bu müxtəlif əqidəli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da hər biri pisliyə qarşı mübarizə aparırdı. Tanrıya inanıb-inanmasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar. Keşiş Panelu, illər öncə onu tərk etmiş arvadına vaxtında sevgisini göstərə bilmədiyi üçün özünü günahkar sayan, ömrünü naməlum bir əlyazmaya həsr etmiş bələdiyyə işçisi Jozef Qran, şəhərə reportaj hazırlamağa gəlib taun epidemiyası başladıqdan sonra şəhərdən çıxış qadağan edildiyi üçün qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber, qoca həkim Kastel, Jan Taru… Tanrıya inanmadan müqəddəs olmağa çalışan, insanları sevən, bütün pisliklərə qarşı mübarizə aparan Jan Taru… və həkim Ryö.
Həkim Ryö və dostları xəstəliyə qarşı mübarizə apardılar və qalib gəldilər. Ancaq həkim Ryö bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini bilir… Və o daha bir şeyin fərqindədir: bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətcə pisliklərə qarşı mübarizə aparmalı olduğumuzu.
Əsərdən seçilmiş ifadələr:[2]