Yengəclər (lat. Brachyura) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Yengəclər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Yarımdəstə: Ranqsız: İnfradəstə: Yengəclər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi.
Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ[2] vardır.
Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
Dünyada insanlar tərəfindən yeyilən, yetişdirilən və ovlanılan dəniz xərçəngkimilərinin 20%-i yengəclərin payına düşür. İl ərzində 1,5 milyon ton yengəc istehlak olunur. Onların çoxu əllə və ya xüsusi yengəc tələləri ilə həyata keçirilir.