Yeqor Timuroviç Qaydar (rus. Его́р Тиму́рович Гайда́р; 19 mart 1956[1][2][…], Moskva – 16 dekabr 2009[3][1][…], Odintsovo, Moskva vilayəti) — Rusiyanın keçmiş baş naziri, iqtisadçı. Yeqor Qaydar SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olmuşdur.
Yeqor Qaydar | |
---|---|
rus. Егор Тимурович Гайдар | |
| |
15 iyun 1992 – 14 dekabr 1992 | |
Əvvəlki | Boris Yeltsin |
Sonrakı | Viktor Çernomırdin |
Rusiya Federasiyası Baş nazirinin birinci müavini[d] | |
18 sentyabr 1993 – 20 yanvar 1994 | |
Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] | |
18 yanvar 2000 – 7 dekabr 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1956[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 2009[3][1][…] (53 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | şiş |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi, professor, jurnalist, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Uşağı | |
Dini | aqnostisizm |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə iqtisad elmləri namizədi, 1990-cı ildə iqtisad elmləri doktoru elmi dərəcələrini alıb. Yeqor Qaydar Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri sayılır. 1990-cı illərdə hökumətdə önəmli vəzifələrdə çalışan Yeqor Qaydar müstəqil Rusiyanın ilk maliyyə naziri olub, daha sonra baş nazirin 1-ci müavini və baş nazir səlahiyyətlərinin icraçısı vəzifələrini tutub. Özəlləşdirmə prosesi məhz Yeqor Qaydarın rəhbərliyi ilə başlanıb. Hökumətdən getdikdən sonra 1994–2001-ci illərdə "Demokratiçeskiy vıbor Rossii" partiyasının lideri olub. 2001–2003-cü illərdə isə "Soyuz Pravıx Sil"in tərkibində fəaliyyət göstərib.[4]