Yer Kürəsi Nizamnaməsi — ədalətli, davamlı və dinc qlobal dünya qurmaq üçün başlıca etik prinsipləri özundə əks etdirən, global asılılıq və universal məsuliyyət üzərində qurulmuş bəyannamədir. Bu, 21-ci əsrdə insanların üzləşdiyi kritik çətinlikləri və seçimləri müəyyən etməyə cəhd göstərir. Bunun prinsipləri "bütün fərdlərin, qurumların, biznes təşkilatlarının, hökümətlərin və beynəlxalq orqanların işinə bələdçilik eləmək və qiymətləndirmək üçün ortaq standard kimi tərtib edilmişdir."[1] Yer Kürəsi Nizamnaməsi 1990-cı illər ərzində ortaq məqsədlər və dəyərlər uğrunda icra edilən onilliyin, dünyəvi və mədəniyyətlərarası dialoqun məhsuludur. Bu proses hər hansı bir beynəlxalq sənədin yaradılmasında göstərilə biləcək yetərincə açıq və iştirakı konsultasiyaları özündə əks etdirən etik bələdçi kimi Yer Kürəsi Nizamnaməsinin qanuniliyinin əsas mənbəyidir.
Yer Kürəsi Nizamnaməsi ideyası 1987-ci ildə BMT-in Etraf Mühit və Inkişaf üzrə Dünya Komissiyasının ətraf mühitin qorunması və davamlı inkişaf üçün, davamlı inkişafın əsas prinsiplərini özündə formalaşdıran "yeni nizamnamənin" yaradılması teklifi esasında yarandı. Beynəlxalq səviyyədə qəbul edilən Yer Kürəsi Nizamnaməsini yaratmaq məqsədi ilə Rio de Janeyroda Dünya Sammiti təşkil edilir. Lakin hökumətlər razılığa gəlməyə müvəffəq olmayıb, nizamnamə əvəzinə Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsini qəbul edirlər. Rio Yer Sammitinin baş katibi Maurice Strongun liderliyi altında, Yer Sammiti razılaşmalarının yerinə yetirilməsini gücləndirmək və davamlı inkişaf üzrə milli şuraların formalaşmasını müdafiə etmək üçün Yer Kürəsi Şurası yaradılır. Yer Kürəsi Şurasının sədri Maurice Strong və Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Mixail Qorbaçov Yer Kürəsi Nizamnamesini layihələndirmək üçün vətəndaş cəmiyyəti təşəbbüsünü başladı. Holland hökuməti ilk maliyyə dəstəyini təmin edir. Strong artıq şura ilə əlaqədar heç bir təhşkilati işlə məşgul olmur, amma məsləhət və dəstəyini hələ də əsirgəmir.
Mətnin layihəsi 6 il davam edən (1994–2000), davamlı gələcək üçün dəyər və prinsipləri ozündə əks etdirən qlobal razilaşmanı inkişaf etdirmək məqsədi ilə Strong və Qorbaçov tərəfindən toplanmış, müstəqil Yer Kürəsi Nizamnaməsi Komissiyası tərəfindən müşahidə edilmiş konsultasiya prosesidir. Komissiyanın mətn üzərində nəzarəti səlahiyyəti davam edir. Yer Kürəsi Nizamnaməsinin son mətni 2000-ci ilin Martında Parisdə, UNESCO-nun baş qərargahında Yer Kürəsi Nizamnaməsi Komissiyası gorüşündə qəbul edildi.
Formal olaraq açılışı isə 2000-ci ilin iyun ayında Nidarlandda, Haaqa Sulh sarayında oldu. Niderland Kraliçası Beatriks mərasimə qatıldı.
Təxminən 2400 sözdən ibarət olan bu sənəd Ön söz, on altı əsas prinsip, altmış bir köməkçi prinsipdən ve "İrəliyə yol" adlı sonluqdan ibarətdir.
Yer Kürəsi tarixinin kritik bir anında, bəşəriyyətin öz gələcəyini seçməli olduğu bir dövründə yaşayırıq. Dünya getdikcə daha da qarşılıqlı asılı və həssas olduqca gələcək indidən böyük bir təhlükə ilə qarşı qarşıyadır. Mədəniyyətlərin və həyat tərzlərinin müxtəlifliklərinin əhatəsində irəliləmək üçün eyni taleyə sahib olan bir bəşər ailəsi və vahid Yer Kürəsi cəmiyyəti olduğumuzu bilmək məcburiyyətindəyik. Təbiətə, universal insan hüquqlarına, iqtisadi ədalətə və sülh mədəniyyətinə hörmət əsasında qurulmuş davamlı qlobal cəmiyyəti meydana gətirmək üçün birgə işə başlamalıyıq. Bu cəhdlə biz, Yer Kürəsi insanları olaraq bir-birimizə, daha geniş bir cəmiyyət həyatına və gələcək nəsillərə qarşı məsuliyyətimizi bəyan etməliyik.[2]
Nizamnamə dörd bölmə və on altı prinsipdən ibarətdir:
I. Həyat birliyinə hörmət və qayğı
II. Ekoloji bütünlük
III. İctimai və iqtisadi ədalət
IV. Demokratiya, qeyri-zorakılıq və sülh
Yer Kürəsi Nizamnaməsini dəstəkləyən təşkilatlar arasında UNESCO[3], Dünya Mühafizəkarlar Birliyi, Yerli Ətraf Mühit Təşəbbüsünün Beynəlxalq Şurası və Merlərin ABŞ konfransı da var. Yer Kürəsi Nizamnaməsi davamlı gələcəyin və dünyada sülhün mühüm elementlərini özündə əks etdirən dəyərli xülasə ilə təmin etmiş və uzun müddət pedoqoji alət kimi məktəblərdə, kolleclərdə, universitetlərdə[4] və qeyri formal təhsil proqramlarında geniş istifadə edilmişdir. Braziliyanın ətraf mühit naziri Yer Kürəsi Nizamnaməsini Braziliya cəmiyyətinin hər bir sektorunda yaymaq üçün Beynəlxalq Yer Kürəsi Nizamnaməsi katibliyinə, Leonardo Boff və Marcia Miranda tərəfindən yaradılmış Petropolis İnsan Hüquqlarının Müdafiəsi mərkəzinə formal razılaşma daxil etmişdir. 2007-ci ildə Yer Kürəsi Günü ilə bağlı prezident qeydetmələri zamanı Meksika hökumətinin təhsil və ətraf mühit nazirləri Yer Kürəsi Nizamnaməsindən məktəb sistemində pedaqoji alət kimi istifadə etmək üçün öhdəliklər irəli sürmüşdür. Başqa dövlət və şəhər rəhbərlikləri, Kvinslend Ştatı, Avstraliya, Tatarıstan və Kalqari (Kanada), Münhen (Almaniya), Yeni Dehli (Hindistan), Oslo (Norveç) və San Paulo (Braziliya) şəhərləri də daxil olmaqla Yer nizamnaməsini qəbul və istifadə etmək və həyata keçirilməsi üçün formal öhdəliklərin əsasını qoyur və ya mövcud öhdəlikləri gücləndirdilər.