Yeraltı ədəbiyyat

Yeraltı ədəbiyyat — dili zəncirlərindən azad etmək üçün XIX əsrin ortaları və XX əsrin əvvəllərində formalaşmağa başlayan ədəbi cərəyandır. Sərt, ziddiyyətli, tənqidi, daha çox reallığın və təxəyyülün incə xəttində var olmağa çalışan yeraltı ədəbiyyat alkoqolizmin, seksuallığın, qeyri-adiliyin və küfrün ifadəsidir. Kökləri kifayət qədər qazıldıqda Marquis de Sadeyə (1740–1814) qədər çatmaq olar. Sade yazıları ilə "başqalarına ağrı vermək həzzi" adlandırılan "Sadizm" ideyasının atası oldu. Sağlığında erotizm və zorakılıqla bağlı kitabları olduqca qəribə idi və o, həbs olundu, lakin onun yazıları başqa yazıçılar üçün də ilham mənbəyi olub. Bir çox ədəbi nümunələrə məhəl qoymayan yeraltı ədəbiyyat bizi Charles Bukowskini (1920–1994) tanıdı."Factotum", "The Most Beautiful Woman in Town" (Şəhərin ən gözəl qadını),"Pulp", "Postane" (Poçt şöbəsi) onun əsərlərindən yalnız bir neçəsidir. Xüsusilə "Factotum" müəllifi daha yaxından tanımağa kömək edir. Çünki Bukovski Henry Chinaski kimi həyatının bir dövrünü ortaya qoyur. Müəllif kitabında müxtəlif avaralığını, daim dəyişən işlərini, qadınlarla münasibətlərini təsvir edərkən, onun da yeraltı qəhrəman ola biləcəyinə işarə edir. Son illərdə daha sürətlə inkişaf edən ədəbiyyat, 1999-cu ildə Chuck Palahniuk-un "Döyüş klubu" adlı əsərindən kinoya keçdi və pərəstişkarlarını artırdı.

Marquis de Sade

Yeraltı ədəbiyyatın izləri

[redaktə | mənbəni redaktə et]

Bu gün ədəbiyyatın qaynaqlarından biri də yeraltı mədəniyyətdir. Məlumdur ki, yeraltı təsirlər 18-ci əsrdən Qotik ədəbiyyatı ilə ədəbiyyat sahəsində əks olunmağa başlamışdır. Qotik ədəbiyyatı insanın ən təməl və primitiv duyğularından biri olan qorxuya əsaslanır. Qorxuşər yeraltı mədəniyyətin əvəzedilməz iki elementidir. Ədəbiyyatın əsrlər boyu davam edən macərasına nəzər saldıqda "şər" anlayışının da çox faydalı olduğu görünür. Ədəbiyyat uzun illərdir ki, xeyir-şər qarşıdurması üzərində qurulub və yaxşı mesajlar verib, lakin Yeraltı Ədəbiyyat ilə şər hakim elementə çevrilmiş, müxalif və anarxist qəhrəmanlar vasitəsilə şər anlayışı yenidən sorğulanmağa başlamışdır. Yeraltı Ədəbiyyat anlayışında şər artıq xeyirin əksi deyil, yeni həyat tərzidir.[1]

Charles Bukowski

Yeraltı ədəbiyyatın əsas mərhələsi

[redaktə | mənbəni redaktə et]

Yeraltı ədəbiyyatın kapitalizmin inkişafı ilə ortaya çıxdığını iddia etmək yanlış olmaz. Thomas De Quincey və W. Black kimi həm müstəsna, həm də təsadüfi sayıla biləcək və tarixin köhnə dövrlərində yeraltı səslər kimi qələmə verilə bilən yazıçılar olsa da, deyə bilərik ki, bunun yaranma tarixini XIX əsrin ortalarına aid etmək olar. XX əsrin əvvəllərində kapitalizmin güc və iqtidar qazanmağa başladığı bir vaxtda, kapitalist dünyagörüşünün, yaşam tərzinin və əxlaqının üstünlüyü ilə dünyanı və hətta insan həyatını öz qaydalarına uyğun təşkil edərək təmsil sistemlərinin yaradılması ilə birlikdə bu dünyaya, həyat tərzinə, əxlaqına və təmsil sisteminə qarşı duran, özünə " mənalı" və "əsl" yer tapa bilməyən yazıçılar yerin altına girərək illüziya ilə işıqlandırılan dünya və reallıqlardan başqa, digər dünya və reallıqların da olduğunu iddia edirlər. Bataille bu adların ən görkəmlilərindən biridir.

Georges Bataille

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. OSMAN ÇAKMAKÇI. "EDEBİYATIN 'YERALTI' DAMARI". Archived from the original on 29 avqust 2023. İstifadə tarixi: 10 may 2023.