Yeraltından qeydlər

"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır.[1] Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır.

Yeraltından qeydlər
rus. Записки изъ подполья
Müəllif Fyodor Dostoyevski
Orijinalın dili rus dili
Ölkə
Orijinalın nəşr ili 1864
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.

Digər obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Yeraltı adamı - baş personaj
  • Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi
  • Apollon - yeraltı adamının yaşlı qulluqçusu
  • Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə
  • Simonov - yeraltı adamının məktəb yoldaşı. Yeraltı adamının əlaqəsi olduğu tək adamdır;
  • Zverkov - yeraltı adamının məktəb yoldaşı;
  • Trudolyubov - yeraltı adamının başqa bir məktəb yoldaşı və Zverkovun uzaqdan qohumu.
  1. Kaufmann, Walter (1956). Existentialism From Dostoevsky to Sartre. New York: Meridian Books. p. 52.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]