Yermakın Sibirə yürüşü

1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi.

1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Obİrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar. Stroqanovlar işğal etdikləri tatar torpaqlarını qorumaq və işğalı davam etdirmək üçün Yermakin ataman olduğu kazak dəstəsini satın aldılar. 1581-ci ilin sentyabrın birində Yermak 300 tüfəng, 3 top, qırma ilə atəş açan tüfənglərlə və arkebuzlarla yaraqlanmış 840 nəfərlik qoşunla, 20 nəfər tutan böyük qayıqlarda Taqil, Tura, Tobol çayları ilə aşağı enərək və Kuçuma tabe yerli bəyləri məğlub edərək 1582-ci ilin sentyabrında Sibir xanlığının içərilərinə soxuldu. 25 oktyabr 1582-ci ildə İrtışdakı Çuvaş şəhərciyi yaxınlığındakı döyüşdə Yermak Küçümun əsas qüvvələrini məğlub etdi və 26 oktyabrda onun paytaxtı Qaşlıqı aldı. Dekabrda isə(İrtışın qolu olan) Vaqay çayında Kuçumun oğlu Mamedqulu məğlub edərək onu əsir aldı. Yürüşün ruslar üçün uğurlu olması Sibir xanlığının siyasi və hərbi zəifliyi, eləcə də ruslarda odlu silahın olması ilə izah oluna bilər. Sonrakı illərdə Yermakın dəstəsi İrtış və Ob boyu bir çox rayonları istila etdilər. İvan Qroznı Yermakın köməyinə 500 nəfər streles göndərdi. 1585-ci il avqustun əvvəlində, İrtışın nisbətən yuxarı axarında Yermakın başçılığı ilə 100 nəfərlik kazak dəstəsinin tatarlarla Buxaradan gələn karvan uğrunda döyüşü olur. 6 avqust 1585-ci ildə Kuçumun təxminən 1000 nəfərlik dəstəsi qəflətən Yermakın dəstəsini həmlə edir. Ağır zirehli kazakların bir çoxu o cümlədən Yermak çayda batır. Yermakın yürüşü rus folklorunda öz əksini tapıb.

Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer. Moskva Voyennoye İzdatelstvo 1995 səh. 165-166