Yevgeni Krupnov

Yevgeni İqnatyeviç Krupnov (rus. Крупнов, Евгений Игнатьевич) – arxeoloq, qafqazşünas alim, dünya şöhrətli alim, bacarıqlı elm təşkilatçısı, Qafqazın arxeologiyasının, tarixinin və etnoqrafiyasının inkişafına böyük əmək sərf edən, "Lenin mükafatı laureatı". SSRİ Elmlər Akademiyasının Maddi-Mədəniyyət Tarixi İnstitutunun direktoru.

Yevgeni Krupnov
rus. Евгений Игнатьевич Крупнов
Doğum tarixi
Doğum yeri Mozdok, Rusiya
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
Elm sahələri arxeoloq, qafqazşünas
Elmi dərəcəsi
Elmi adı
İş yeri
  • REA Arxeologiya İnstitutu[d]
Təhsili
Tanınmış yetirmələri Rauf Munçayev
Mükafatları "Lenin" mükafatı
"Qırmızı əmək bayrağı" ordeni

Yevgeni Krupnov – əslən Qroznıdan olan alim 16 mart, 1904-ci ildə Şimali Osetiya Muxtar SSR-nin Mozdok şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini Vladiqafqaz şəhərində başlamış sonradan Moskva şəhərində bitirmişdir.

Ali təhsilini Moskva Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. Elmi fəaliyyətini V.A. Qorodsovun rəhbərliyi altında Qafqazın tarix və arxeologiyası üzrə aparmışdır.

Universiteti bitirdikdən sonra 20 ilə yaxın Moskva Dövlət Tarix müzeyində işləmiş, sonradan elmi fəaliyyətinin böyük hissəsini SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda davam etdirmişdir. 1937-ci ildən ömrünün axırıncı günlərinə qədər həmin institutun əməkdaşı olmuşdur[2].

1941–1945-ci illərdə Sovet ordusunda xidmət etmişdir.

"Şimali Qafqazın qədim tarixi" (1960) elmi işinə görə 1963-cü ildə "Lenin mükafatı laureatı" (1963) adını almışdır[3].

  1. 1 2 Крупнов Евгений Игнатьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Евгений Игнатьевич Крупнов
  3. "Крупнов Евгений Игнатьевич". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.