Yevgeni Georgiyeviç Protokovets (rus. Евгений Георгиевич Протоковец; 20 avqust 1931 – 18 oktyabr 1989, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1988–1989).
Yevgeni Protokovets | |
---|---|
rus. Евгений Георгиевич Протоковец | |
12 oktyabr 1988 – 18 oktyabr 1989 | |
Sədr | Həsən Seyidov Ayaz Mütəllibov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Dəfn yeri | I Fəxri Xiyaban |
Partiya | Sov.İKP (1962) |
Təhsili |
|
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
|
|
Təltifləri |
|
Yevgeni Georgiyeviç Protokovets 1931-ci il avqustun 20-də anadan olmuşdur. Əmək fəaliyyətinə 1954-cü ildə Novosibirsk metallurgiya zavodunun texnoloqu kimi başlamışdır.[1] 1957-ci ildə Ural Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmiş, texnika elmləri namizədi elmi dərəcəsini almışdır.[2]
Təhsilini başa vurduqdan sonra Yevgeni Protokovets Novosibirsk elektrotermik avadanlıq zavodunda sex rəisinin müavini, sex rəisi, baş texnoloq, baş mühəndis işləmişdir. 1965-ci ildə o, Ümumittifaq Elektrotermik Avadanlıq Elmi-Tədqiqat, Layihə-Konstruktor və Texnologiya İnstitutu xüsusi konstruktor bürosunun Bakı filialının baş mühəndisi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə o, Bakı elektrotermik avadanlıq təcrübə-eksperiment zavodunun baş mühəndisi təyin edilmiş, 1970-ci ildə zavodun direktoru vəzifəsinə, 1974-cü ildə isə "Azərelektroterm" İstehsal Birliyinin baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.[1]
Yevgeni Protokovets 1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir.[1] O, 1982-ci ildə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı" ordeni, iki "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.[3]
Yevgeni Protokovets 18 oktyabr 1989-cu ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.[4] I Fəxri Xiyabanda dəfn edilmişdir.