Yezidxan asayişi

Yezidxan Asayişi (kürd. Asayîşa Êzîdxanê; mənası – "Yezidxan Təhlükəsizlik Qüvvələri")[1]PKK-ya bağlı Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda polis qüvvələri. Bu qüvvələr yezidilərin təşkilatıdır və məqsədi azlığın hüquqlarını qorumaqdır.[2] Onun Sincarda PKK-nın təlim keçdiyi polis təlim məntəqəsi var. Qüvvə İraq hökumətindən də rəsmi maliyyə yardımı alır. Yezidxan Asayişi rəsmi olaraq Sincar Müqavimət Birliklərinə tabe deyil və institusional güclərdən asılılığı azaltmağa çalışır. 2014-cü ilin avqustunda "Peşmərgə" qoşunlarının geri çəkilməsi nəticəsində "Peşmərgə"nin müdafiə xətlərini aşaraq yezidilərin yaşadığı ərazilərə keçən İŞİD yezidilərə soyqırımı törətmiş, buna görə də rəsmi güclərə inam azalmışdır. Yeni qurulan qüvvələrin məqsədi, yezidilərin ölkəyə geri qayıtmasını təmin etmək üçün PKK və Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda təhlükəsizlik yaratmaqdır. Son zamanlar yezidilərin təxminən 90%-i hələ də Sincara qayıtmamışdırb.[3]

Yezidxan asayişi
Ölkə

İraq Kürdüstanı bölgəsinin Kürdüstan Demokrat Partiyası (KDP) ilə gərginlik var, çünki KDP yenidən Sincar dağlarında hökmranlıq etmək istəyir. Bir çox yezidi buna görə xəyanətə uğramış hiss edir və özünümüdafiə və qətiyyətə üstünlük verir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ezidxane Asayish expands". ANF News (ingilis). Ajansa Nûçeyan a Firatê. 18 Jul 2019. 16 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 August 2019.
  2. "Asayîşa Êzdîxanê hat avakirin". 6 July 2016. 6 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2019.
  3. 1 2 ""Sicherheitskräfte Êzîdxans": YBŞ bildet eigene Sicherheitskräfte aus". ÊzîdîPress. 10 July 2016. 15 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2016. Retrieved 24 July 2016. (in German language)