Yoann de Qalonifontibus (fr. Jean de Gillefontaine) — 1377-ci ilin martında Cənubi Qafqazda fəaliyyət göstərən Dominikan ordeni keşişi.[1] O, Papa XI Qriqori tərəfindən 9 mart 1377-ci ildə Naxçıvan yepiskopu təyin edilib. Onu daha sonra Sultaniyyə arxiyepiskopu olmuş adaşı III Yoannın "Libellus de Notitia Orbis" əsərini nəşr etdirən və onu şərti olaraq öz adaşı ilə əlaqələndirən[2] Anton Kernin ehtimalına görə tez-tez səhv salırlar.[3]
Yoann de Qalonifontibus | |
---|---|
Arxiyepiskopluq | Naxçıvan arxiyepiskopluğu |
Təyin edilib | 9 mart 1377 |
Sələf | II Yoann |
Xələf | III Yoann |