Dominikan ordeni (lat. Ordo Praedicatorum; qısaldılmış OP), Fransada Dominik de Quzman adlı bir kastiliyalı keşiş tərəfindən təsis edilmiş Roma-Katolik kilsəsi sədəqəçi (və ya dilənçi) ordenidir. 22 dekabr 1216-cı ildə Papa fərmanı Religiosam vitam vasitəsilə Papa III Onori tərəfindən təsdiq edilmişdir. Dominikanlar olaraq adlandırılan orden üzvləri, ümumiyyətlə, adlarından sonra OP hərflərini göstərirlər (Ordinis Praedicatorum - Vaizlər Ordeni). Ordenə üzvlüyə frerlər, rahibələr, fəal bacılar və laitilər daxildir.
Dominikan ordeni | |
---|---|
lat. Ordo Praedicatorum | |
Növü | Dini orden |
Yaranma tarixi | 1216 - indiyədək |
Ölkə | |
Tabedir | Vatikan |
Qərargah | Santa Sabina bazilikası, Roma |
Himayədarları | Müqəddəs Dominik, Mariya Maqdalena, Sienalı Katerina |
Şüarı | Laudare, benedicere, praedicare (Həmd etmək, xeyir-dua vermək, təbliğ etmək) |
Rəngləri | Ağ və qara |
Komandanlıq | |
Komandir | Jerar Timoner |
op.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İncili təbliğ etmək və bidətə qarşı çıxmaq üçün qurulan ordenin tədris fəaliyyəti və onun sxolastik təşkilatı onu Avropada orta əsrlərin intellektual həyatının ön sıralarında yerləşdirmişdir.[1] Orden bir çox aparıcı ilahiyyatçı və filosof yetişdirməklə öz intellektual ənənəsi ilə məşhurdur.[2] 2018-ci ildə ordendə 5747 Dominikan frer, o cümlədən 4299 keşiş var idi. Ordenə 2022-ci ildən etibarən Jerar Timoner rəhbərlik edir.[3] Mariya Maqdalena və Sienalı Katerina ordenin himayədarlarıdır.