Yokohama Gəlincik Muzeyi

Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe?, azərb. Yokohama Gəlincik Evi‎)Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir.[1]

Yokohama Gəlincik Muzeyi
Açılış tarixi 1 iyun 1986
Ölkə
Yerləşir Yamaşitaço[d]
35°26′35″ şm. e. 139°39′07″ ş. u.
Yokohama Gəlincik Muzeyi xəritədə
Yokohama Gəlincik Muzeyi
Yokohama Gəlincik Muzeyi
doll-museum.jp
doll-museum.jp/index_en.…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur.[2]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir.[1]

Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir. Muzeyin girişində yerləşən Paulina körpüsü yerli ibtidai məktəbə hədiyyə olunmuş mavigözlü gəlinciyin adını daşıyır. Girişin yaxınlığında Paulina gəlinciyinin heykəli yerləşir.[1]

Muzeyin birinci mərtəbəsində hədiyyə dükkanı yerləşir. Dükkanda gəlinciklər, gəlinciklərə aid açıqcalar və digər məhsullar satılır. İkinci mərtəbədə daimi sərgi otağı və "Nostalgiya limanı" adlı sərgi yerləşir. Bu sərgidə Yokohama şəhərinin liman tarixi gəlinciklər vasitəsilə ziyarətçilərə çatdırılır. Üçüncü mərtəbədə xüsusi sərgi zalı və kitabxana yerləşir. Bu mərtəbədəki "Gəlinciklərin xatirələri" adlı guşədə XX əsrin sonuna aid ikonik gəlinciklərin fotoları asılıb. Dördüncü mərtəbədə Akatsuki teatrı yerləşir. Teatrda uşaqlar üçün kukla tamaşaları keçirilir.[2]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Yokohama Doll Museum". Atlas Obscura (ingiliscə). 21 mart 2023. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.
  2. 1 2 "About". Muzeyin rəsmi saytı (ingilis). 1 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]