Yol ayrıcında (hind: Jaanwar (hərfi tərcüməsi: “Heyvan”)) 24 dekabr 1999-cu ildə nümayiş etdirilən, Suneel Darşan tərəfindən çəkilmiş hindi dilli döyüş filmidir. Filmdə əsas rollarda Akshay Kumar, Karisma Kapoor və Shilpa Shetty çəkilmişdir[2]. Film kommersiya müvəffəqiyyəti qazanmış və Kumar və Shettynin zəifləmiş karyeralarında yenidən canlanma yaratmışdır[3]. Film iki dəfə benqal dilində, bir dəfə 2001-ci ildə Banqladeşdə Mukho Mukhi adı ilə, ikinci dəfə isə Hindistanın Qərbi Benqal əyalətində 2004-cü ildə Mastan adı ilə yenidən çəkilmişdir.
Yol ayrıcında | |
---|---|
ing. Jaanwar | |
Janr | dram filmi, döyüş filmi |
Baş rollarda | |
İlk baxış tarixi | 1999 |
Müddət | 161 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Mumbay |
IMDb | ID0230347 |
Ölkədə quraqlıqdır. İnsanlar acından ölürlər. Onların arasında 10 yaşlı Bapunun anası da vardır. Oğlan boş yerə onun üçün yemək istəyir. O, qətiyyətlə anasının həyatını xilas edə biləcək bir parça tort üçün vəhşi itlərlə vuruşur. Ancaq buna baxmayaraq onun anası ölür. Bu döyüşün şahidi olan Sultan (Şakti Kapur) oğlanın qayğısına qalmağa başlayır. Bapunun qətiyyəti ona ümid verir ki, cinayətkar kimi tərbiyə olunan uşaq gələcəkdə onun üçün qazanc mənbəyinə çevrilə bilər. İllər keçir. Bapunun adı Badşah ləqəbi ilə əvəz edilir. Həm polis, həm də quldurlar cəsarətli quldura (Akshay Kumar) hörmət edirlər. Küçə rəqqasəsinə (Karisma Kapur) olan sevgisi belə onun quldur kimi taleyini dəyişdirə bilmir. Onunla evlənməyi razılaşdırdıqdan sonra daha məbədə də getmir. Onu polisə təhvil verən şəxslə döyüşür və onu öldürür. Hər şeyini itirmiş və ümidsizliyə düçar olan bir şəxsə Allah qatar qəzasından sonra itmiş uşaq göndərir. Badşah üsyan edir, gələcəyi olmayan bir adamın, məsum bir uşağa baxmasının çətinliklərindən, o uşağa qarşı məsuliyyətinin çətinliklərindən Allaha şikayət edir. O qorxur ki, uşaq da gələcəkdə onun taleyini yaşayacaq. Ata olduqdan sonra Badşahın adını və taleyini tamamilə dəyişdirir. Keçmiş Babu yenidən doğulur və indi o dəmirçiyə çevirilir və sevimli oğlunu saxlamaq üçün çox həddindən artıq çox işləyir.
Hər kəs ümidsizlik içərisində Badşahı axtararkən ancaq o, Badşah haqqında heç nəyi xatırlamaq istəmir. Onu axtaranlar intiqam almağa ac, evlilik ümidləri lağa qoyulmuş Sapna, onun arxasınca düşmüş bir polis məmuru və Badşahın talanlarının qazanclarından əl çəkməyən Sultandır...