Karişma Kapur (25 iyun 1974[1], Bombey[1]) — Hindistan kino aktrisası.
Karişma Kapur | |
---|---|
ing. Karisma Kapoor | |
Digər adı | Lolo |
Doğum tarixi | 25 iyun 1974[1] (50 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | aktrisa, kino aktrisası, televiziya aktrisası, ssenarist |
Fəaliyyət illəri | 1991-ci ildən |
IMDb | ID0006433 |
Vikianbarda əlaqəli mediafayllar |
Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır.
Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür. Yaş Çopranın "Dəlisov məhəbbət" filmindəki Nişi roluna görə ən yaxşı ikinci dərəcəli qadın roluna görə Filmfare Awards və Milli kinomükafatına layiq görülüb. 2003-cü ildə ailə qurduqdan sonra Karizma kinemotoqrafiyadan uzaqlaşıb, lakin 2012-ci ildə kinemotoqrafiyaya qayıtdığını rəsmi şəkildə elan edərək "Təhlükəli sevgi" (2012) filmində çəkilib.
1992-ci ildən 1995-ci ilə qədər Karişma Cəsarətli Ürək filmində rol aldığı Acay Devqan ilə münasibətdə olmuşdur. 2002-ci ilin oktyabrında onun başqa məşhur aktyor Abhishek Bachchan ilə nişanı elan edildi, lakin onlar dörd ay sonra ayrıldılar. 29 sentyabr 2003-cü ildə Karişma sahibkar Sancay Kapurla evləndi. Bu evlilikdə iki uşağı dünyaya gəldi: qızı Samaira Kapoor (11 mart 2005-ci il təvəllüdlü) və oğlu Kiaan Raj Kapoor (12 mart 2010-cu il təvəllüdlü). Cütlük 2014-cü ildə boşanmaq üçün məhkəməyə müraciət etdilər.