Yonca çiçək ağcaqanadı

Yonca çiçək ağcaqanadı (lat. Contarinia medicaginis) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ.

Yonca çiçək ağcaqanadı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yonca çiçək ağcaqanadı
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin ağcaqanad 2 mm böyüklükdə olub, uzun qırmızımtıl bədənə malikdir. Qarıncığında tutqun rəngli köndələn zolaqlar vardır. Xortumu qısadır. Duyğu orqanları 4 buğumludur. Bığcıqlar uzundur. Qnadları bədənə nisbətən iridir. Pəncələri beş buğumludur. Dişilərin yumurta qoyanları uzun olub ucları şişdir. Sürfəsi ağ, yaxud da limon rəngindədir.

Torpaqda sürfə fazasında qışlayır. Yazda qışlama yerində puplaşma gedir. Aprel ayından başlayaraq bu puplardan yetkin ağcaqanadlar uçur və yumurtalarını bu dövrdə hələ yaşıl olan qönçələrin daxilinə qoyur (hər bir qönçə daxilinə 50-yə qədər). Bir qönçədə 2-14 sürfəyə təsadüf edilir. Yumurtadan çıxan sürfələr çiçəklərin daxili ilə qidalanır ki, nəticədə fır əmələ gəlməyə başlayır. Belə çiçəklərdə qapalı şişkinlik əmlə gəlir, onların kasaları saralır, meyvə başlanğıcları isə qısalaraq şişir. Qidalanması başa çatan sürfələr fırları tərk edib, torpağa düşür və onun üst səthində puplaşır.

Yonca çiçək ağcaqanadı Avropa, Asiya, Pribaltika ölkələrində, Ukrayna, Rusiyanın Avropa hissəsində, Orta UraldaMoldovada, Azərbaycanda isə Tovuz və Ucar rayonlarında geniş yayılmışdır.