Yoşinori Sakay (yap. 坂井 義則, 6 avqust 1945, Yaponiya, Hiroşima) — Tokioda təşkil olunmuş 1964-cü il Olimpiya Oyunlarında Olimpiyadanın məşəlini yandırmış idmançı.
Yoşinori Sakay | |
---|---|
yap. 坂井義則 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 6 avqust 1945 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 sentyabr 2014 (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Təhsili | |
İdman növü | yüngül atletika |
Sakay Hiroşimaya atom bombasının atıldığı gün anadan olub. O, Yaponiyanın müharibədən sonrakı yenidən qurulması və sülh rəmzi kimi seçilib. O, Vaseda Universitetinin qaçış klubunun üzvü olub.
Olimpiya oyunlarından sonra o, Banqkokda 1966-cı il Asiya Oyunlarında 1600 metr məsafəyə estafet yarışında qızıl, 400 metr məsafəyə yarışda isə gümüş medal qazanıb.[1] O, 1968-ci ildə Fuji Televiziyasında jurnalist kimi fəaliyyətə başlayıb və əsasən xəbərlər və idman verilişlərində çalışıb.[2] O, faktiki olaraq heç vaxt Olimpiya Oyunlarında mübarizə aparmayıb.