Yu-çenq xəstəliyi

Yu-çenq xəstəliyi- yağ xəstəliyi kimi tanınır.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Bu yağ xəstəliyi olub, ilk dəfə 1979-cu ildə Tayvan adasında qeydə alınmışdır. Qida çeşidli PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979-1986-cı illər ərzində doğulan uşaqlarda qaraciyərin funksiyasında pozuntular müşahidə edilmiş, 1000 doğulan uşaqda ölümün sayı 26 nəfər olmuşdur.

Öyrənilməsi[redaktə | mənbəni redaktə et]

Rusiyada Serpixovda 1967-ci ildən PXB ilə doldurulan kondisionerlər buraxılmışdır. Onun əhalinin sağlamlığına nə dərəcədə təsir etməsi dəqiq öyrənilmişdir. 1988-ci ildən artiı PXB tərkibli kondisionerlərin buraxılışı dayandırıldı. Ancaq bu müəssisələri əhatə edən ərazilərdə torpaq, qarhavada onunla yüksək səviyyədə çirklənmə aşkar edildi. Torpağın 10 sm-lik üst qatında (zavoddan 300 metrlik məsafədə) PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi.  Kondensioner zavodunun qadın fəhlələrində və zavodun ətrafında yaşayan qadınların südündə PXB-in yüksək konsentrasiyası (2000 mkq/l-ə qədər), zavodda işləyən kişilərin qanında (1000 mkq/l-ə qədər), həmçinin süd məhsullarında, yumurtada və s.-də aşkar edilmişdir. Hətta PXB tərkibli kondensionerlərin istehsalı dayandırıldıqdan 10 il sonra da torpaqda, uşaq bağçalarında, həyətyanı sahələrdə bu maddələrin miqdarı YVK-dan artıq olmuşdur. Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də spesifik olmayan effektlər aşkar olunmuşdur.  [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan, Bakı;2006