Yujno-Suxokumsk

Yujno-Suxokumsk — Rusiyanın cənubunda, Dağıstan Respublikasında yerləşən şəhər.

Yujno-Suxokumsk
Gerb
Gerb
44°40′ şm. e. 45°39′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 82 km²
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 10.503 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368890
Xəritəni göstər/gizlə
Yujno-Suxokumsk xəritədə
Yujno-Suxokumsk
Yujno-Suxokumsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Respublika əhəmiyyətli şəhər olaraq[2], şəhər dairəsi statusu ilə yeganə yaşayış yeri kimi inzibati vahidlik əmələ gətirir[3].

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Noqay çölündə, Kuma çayının quruyan qolunun deltasında, düzənlik bir ərazidə, Mahaçqala şəhərindən 295 km şimal-qərbdə, respublikanın Stavropol diyarı ilə sərhədinə yaxın ərazidə yerləşir.

Şəhər daxilinə statusu müəyyənləşdirilməyən uzaq bir mikrorayon (qəsəbə) olan Şərqi-Suxokumskda daxil idi[4]. Şəhərin sahəsi 82 km² təşkil edir. Şəhər mərkəzi isə dəniz səviyyəsindən 10 m yüksəklikdə yerləşir.

İqlimi kəskin kontinentaldır. Ən isti ay iyuldur. Bu ayda orta temperatur 24,9°C təşkil edir. Ən soyuq ay isə yanvardır və bu ayın orta temperaturu -3,7° C təşkil edir. İllik orta temperatur 10.7°C-dir. İl ərzində isə əraziyə 320 mm yağıntı düşür. Ən çox yağıntı 46 mm olaraq iyun ayında müşahidə edilir. Ən az yağıntı isə 16 mm olaraq fevralda qeydə alınır.

1988-ci ildə şəhər statusu almışdır. Buna qədər isə Qızılyar şəhər soveti tərkibində qəsəbə statusunda idi.

1995-ci ildə şəhər ərazisinə Vostoçno-Suxokumsk qəsəbəsi daxil edilir. Bu şəhər həm də neft hasilatı ilə seçilir.

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 898-ci yerdədir. Əhalisinin sıxlığı — 116.04 nəf./km². Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə Yujno-Sukhokumsk şəhər rayonunun əhalisi belə olacaqdır[5]:

2024 — 11,22 min. nəf.

2035 — 12,4 min. nəf.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə şəhərin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]

Millət Say,
nəf.
Ümumi əhaliyə olan
nisbət, %
avarlar 4 629 46,13 %
darginlər 2 117 21,10 %
ləzgilər 1 039 10,35 %
laklar 923 9,20 %
qumuqlar 479 4,77 %
ruslar 417 4,16 %
digərləri 409 4,08 %
bildirməyənlər 22 0,22 %
ümumi 10 035 100,00 %

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]
Deputatlar məclisinin sədri

2010 il — Maqomedtaqir Qurbançıev Said oğlu

2017-ci ildən — Abdullayev Abdula Xardaev oğlu

İcra başçısı

2010-cu ildən — İbrahimov Kadi Qurbanəli oğlu

2017-ci ildən — Abdulayev Abdula Abdurrəhim oğlu

neft və qaz hasilatı.

elektromexaniki zavod.

çörək zavodu

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Abakarov Xizri Maqomed oğlu — Dərbənd şəhərinin icra başçısı.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Закон Республики Дагестан от 10 апреля 2002 года N 16 «ОБ АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОМ УСТРОЙСТВЕ РЕСПУБЛИКИ ДАГЕСТАН»". 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  3. "Устав муниципального образования «город Южно-Сухокумск»". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  4. "Р.Газимагомедов провел совещание по вопросам определения статуса пос. Восточно-Сухокумск". 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
  5. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-02.
  6. "Перепись 2010 года. Дагстат. Том 3". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.