Yukio Kasaya (笠谷 幸生, Kasaya Yukio?, 17 avqust 1943, Yoiçi[d] – 23 aprel 2024[1], Sapporo[2]) – Yaponiya xizəklə tramplindən tullananı. O, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk Asiya və Yaponiya idmançısıdır.
Yukio Kasaya | |
---|---|
yap. 笠谷幸生 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 17 avqust 1943 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 aprel 2024[1] (80 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
İdman növü | xizəklə tramplindən tullanma |
Yukio Kasaya 1943-cü ildə Hokkaydo prefekturasının Yoiçi qəsəbəsində doğulmuşdur. Yoiçidə yerləşən liseydən məzun olduqdan sonra Meyci Universitetinə daxil olmuş, daha sonra "Nikka" viski şirkətində işləməyə başlamışdır.[3]
Yukio Kasaya 1970-ci ildə keçirilmiş xizək idman növləri üzrə dünya çempionatında ikinci yeri tutmuş və bu yarışda medal qazanmış ilk Yaponiya idmançısı olmuşdur.[4] 1971/1972 mövsümündə Almaniya və Avstriyada keçirilmiş "Dörd Tramplin" turnirində keçirilmiş üç yarışın da (İnsbruk, Qarmiş-Partenkirhen və Oberstdorf) qalibi olmuşdur.[5]
Yukio Kasaya 1972-ci ildə Sapporoda keçirilmiş Qış Olimpiya Oyunlarında 70 metrlik normal tramplindən xizəklə tullanma yarışında qızıl medal qazanmışdır. Beləliklə, o, Qış Olimpiya Oyunlarında qızıl medal qazanmış ilk yapon və medal qazanmış ikinci yapon idmançı olmuşdur. Həmin yarışda Yaponiyadan olan digər digər idmançılar – Akitsuqu Konno gümüş medalı, Seyci Aoçi bürünc medalı qazanmışdır.[5] Yarışdan sonra bu üçlük "Hinomaru eskadronu" ləqəbini qazanmışdır.[3]
1976-cı ildə 4-cü dəfə iştirak etdiyi Qış Olimpiya Oyunlarından sonra idman karyerasını başa çatdırmışdır.[5] 1976 və 1998-ci illərdəki Qış Olimpiya Oyunlarında Yaponiya komandasının bayraq daşımışdır.[4] Yaponiya milli komandasının məşqçisi və Yaponiya Olimpiya Komitəsinin icraçı şura üzvü olmuşdur.[3] 2001–2008-ci illərdə Beynəlxalq Xizək Federasiyasının Xizəklə Tramplindən Tullanma Komitəsinin üzvü olmuşdur.[6] 2008-ci ildə Yaponiyada mədəni dəyəri olan şəxs seçilmişdir. 23 aprel 2024-cü ildə Sapporoda yerləşən bir xəstəxanada ürək xəstəliyi səbəbilə ölmüşdür.[3]