Yulius Fuçik (şair)

Yulius Fuçik (23 fevral 1903[6][7][…], Praqa, Sisleytaniya[2][3][…]8 sentyabr 1943[4][6][…], Berlin[4][3] və ya Plyötsenzee həbsxanası[d][5]) - Çex şairi

Yulius Fuçik
çex. Julius Fučík
Doğum adı Julius Jaroslav Fučík
Təxəllüsü J. F. Pavlov[1]
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi asılma[d][5]
Təhsili
  • Karlov Universiteti[d]
Fəaliyyəti tərcüməçi, jurnalist, yazıçı, naşir, tənqidçi, redaktor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


O, nəinki Çexiyada, eləcə də bütün dün­­­yada antifaşist ədəbiyyatının ən görkəmli nümayəndələrindən bi­­ri­dir. Onun məşhur "Faşist zindanından səslər" əsəri milyonların rəğ­­bətini qazanmışdır. Praqanın "Pankrats" həbsxanasında yazılmış bu əsəri ölməz tatar şairi Musa Cəlilin Moabit faşist zindanında yaz­dı­ğı "Quşcuğaz" şeiri ilə, o cümlədən, çağdaş Azərbaycan poe­zi­ya­sı­nın tanınmış nümayəndəsi Xəlil Rza Ulutürkün rusların Lefortovo həbs­xanasında yazdığı silsilə şeirlərilə müqayisə etmək olar. Y.Fu­çik həm də odlu oçerkləri ilə sonsuz məhəbbət qazanmış görkəmli bir jurnalist olmuşdur. Əbəs yerə deyildir ki, Beynəlxalq Jurnalist mü­kafatı məhz Y. Fuçikin adını daşıyır.

Y.Fuçik Sovet dövründə yaşamış bir sıra Azərbaycan ya­zı­çı­la­rı kimi kommunist əqidəli olmuşdur. Elə bu səbəbdən də onun ət­ra­fın­da mübahisələr bu gün də səngimək bilmir. Lakin bizi cəlb edən nə onun antifaşist yazıları, nə də sosializmi təbliğ edən əsərləridir. Bir tədqiqatçı kimi bizim diqqətimizi özünə çəkən Y.Fuçikin Şərqlə bağ­lılığıdır. Bir şərqli olaraq məni həmişə Avropa yazıçılarının, o cüm­lədən Hötenin, Şillerin, Şekspirin, Bayronun, Volterin Şərqlə bağ­lı təmasları maraqlandırmışdır.Lakin bu təmaslar Azərbaycan ədə­biyyatşünaslığında hərtərəfli tədqiq olunmuşdur. Çex yazıçısı Yu­lius Fuçikin həyat və yaradıcılığında Şərqlə bağlı məsələlər isə bu günə qədər ayrıca şəkildə tədqiqat obyekti olmamışdır.

Y.Fuçikin böyük məhəbbət göstərdiyi ikinci ölkə Sovetlər İtti­fa­­qı idi. Məlumdur ki, o, iki dəfə Sovet İttifaqında olmuşdur. İlk də­fə Y.Fuçik Sovet İttifaqına zəhmətkeşlərin nümayəndəsi kimi 1930-cu ildə dörd aylıq səfərə yola düşür. Onun bu səfər haq­qın­da­kı qeydlərində oxuyuruq: "Sovet İttifaqına bir turist kimi gəl­mək­də əsas məqsədim Sovet xalqı barəsində həqiqətləri öz gözlərimlə gör­­mək, onun mahiyyətini öyrənmək idi" (1, 85). Sovet İtti­fa­qı­na ilk səfərindən sonra o, "Sabahımız dünən olan ölkədə" əsərini ya­zır. Bu əsər yazıçının Orta Asiya haqqında reportajlar toplusun­dan ibarətdir. Çexoslovakiyaya qayıtdıqdan sonra isə Y. Fuçik So­vet­­lər İttifaqı haqqında bir ildə 370 mühazirə oxuyur. Lakin hər də­fə onun bu cəhdləri təpkilərlə qarşılanır. Belə ki, həmin dövrdə Çe­xoslovakiyada SSRİ haqqında həqiqətləri söyləməyə icazə ve­ril­mir­di. Y.Fuçik məqalələrini bəzən "Karel", "Vojan", "Jozef", bə­zən də imzasız dərc etdirirdi.

1934-cü ildə ÇKP-nin tapşırığı ilə o, ikinci dəfə SSRİ-yə gə­lir. Burada o, iki il "Rudé právo"nun SSRİ-dəki müxbiri kimi fəa­liyyət göstərir. Vətənə qayıtdıqdan sonra Fuçik gizli surətdə ya­şayır, polisdən gizlənməli olur. Çox keçmir ki, Şərq xalqlarının hə­yatından, onların əmək rəşadətindən, birinci beşilliyin qəhrə­man­­larından oçerklər silsiləsi yazdığına görə onu həbs edirlər. Həbs­xanadan çıxandan sonra Y.Fuçik oçerklərini çap etdirməyə bö­yük səy göstərir. Lakin senzura onun kapitalist rejimini ifşa edən bü­töv səhifələrinin üstündən xətt çəkir. Belə olduqda o, kitabı ağ yer­lərlə buraxmağa razılıq verir. O, inanırdı ki, oxucu onsuz da bura­xılmış bu ağ yerlərin mahiyyətini başa düşəcək.

Doğrudur, o, SSRİ-ni özünün ikinci vətəni hesab edirdi, lakin onun diqqətini daha çox özünə cəlb edən Orta Asiya idi. Y.Fuçik So­­vet İttifaqında olarkən Orta Asiyaya 3 dəfə - 1930, 1934 və 1935-ci il­lərdə səyahət etmişdir (2, 5.).

Y.Fuçikin Orta Asiya səfərlərinin tarixi olduqca maraqlıdır. O,­ Sovet İttifaqına ilk dəfə 1930-cu ildə fəhlə nümayəndə heyətinin tər­­kibində gəlmişdi. Nümayəndə heyəti 1925-ci ildə Çexoslovakiya köç­­­künləri tərəfindən əsası qoyulan və Bişkek şəhərinin ya­xın­lı­ğın­­da yerləşən "İntergelpo" kooperativindən dəvət almışdı. (Koo­pe­­ra­tivin əsasını Orta Asiyaya iş dalınca gələn çex fəhlələri təşkil edir­­dilər). Bu, Orta Asiyada olan ilk xarici nümayəndə heyətlərin­dən biri idi.

Y. Fuçik Orta Asiyaya gedərkən yolda Ryazandan keçməli olur. Bu zaman o, bir dəmiryolçu ilə rastlaşır və onun Çe­xos­lo­va­ki­ya­dan olduğunu gördükdə ona bildirirlər ki, burda Çe­xos­lo­va­kiya-dan olan legionerləri "çexosobak" (çex iti) adlandırırlar, çünki on­lar vaxtilə ağqvardiyaçıların tapşırığına əsasən çoxlu sayda rusların ke­şişlərini, mülkədarlarını qırmışlar (1, 85).

Y.Fuçikin Orta Asiya səyahəti Sızrandan başladı. Bu artıq Avropanın qurtaracağı demək idi. Oradan sonra geniş, boz çöllər baş­layırdı. Yalnız hərdənbir yurdlara, tərəkəmə qazaxların böyük ça­dırları və gildən düzəldilmiş kiçik daxmalarına rast gəlinirdi. La­kin bir qədər sonra çöl qurtarır və səhra başlayır. Beşillik dövründə səh­rada tikilmiş ilk şəhər Saksaul idi. Sonra Fuçik Qazaxıstanın keç­miş paytaxtı Qızıl Orda şəhərini təsvir edir və qeyd edir ki, bu şə­hər indi Alma Ata adlanır. Maraqlıdır ki, çex yazıçısı öz oçerk­lə­rin­də Orta Asiyanı keçmiş adı ilə "Türküstan" adlandırır. Biş­kekdə on­ları Çexoslovakiyadan olan fəhlələr – ruslar, qırğızlar, uk­ray­­na­lı­lar qar­şılayır. Yazıçı qeyd edir ki, "Mən burada 15 dildə nəğ­mə eşit­dim" (1,18). Mərkəzi Asiyada Mərkəzi Avropa öl­kəsinin vətən­daş­la­rını, yəni çexləri gördükdə o öz təəccübünü giz­lədə bil­mə­di. Bu, çex­lər­dən təşkil olunmuş Orta Asiyada yer­lə­şən "İnter­qel­po"nun üzvləri idi.

Sonra Çexoslovakiya nümayəndə heyəti Bişkekə gəldi. Bu­ra­da Y. Fuçik Orta Asiyaya gələrkən nümayəndə heyətinin yol­da qar­­şılaşdığı çətinliklərdən, Çexoslovakiya zəhmətkeşlərinin vəziy­yə­­tindən, Sovet İttifaqı ilə kapitalist dövlətləri arasında mövcud olan fərqlərdən danışdı. Nümayəndə heyəti ilə respublika qə­zet­lə­ri­nin növbəti görüşü zamanı jurnalistlər Fuçiki "fəxri müx­bir­"­ adı­na layiq gördülər. Nümayəndə heyətinə verilən de­pu­tat ki­tab­ça­sı­nı Fuçik ömrü boyu qiymətli bir sənəd kimi qoruyub saxlayırdı. Vax­tının çox hissəsini Fuçik Çexoslovakiya kommunasında keçirdi, Biş­kek istirahət evində, kolxozlarda, müəssisələrdə oldu. Qırğız ko­­ma­sında ocaq başında oturarkən Fuçik ağır keçmişdən və yeni şən həyat haqqında söhbətlər eşidirdi. Nümayəndələr Bişkekdən çı­xıb Alma Ataya çatdılar. Səhərisi gün onlar "İnterqelpo"nun rəh­bər­ləri ilə görüşüb tikintinin vəziyyətindən, onun Orta Asiya üçün əhə­miyyətindən danışdılar. Sonra nümayəndə heyəti Daşkəndə gə­lib "Paxta-Aral" sovxozuna yollandı. Bu barədə Daşkəndin "Şərq həqiqəti" qəzetində "Çexoslovakiya nümayəndə heyəti Türk­sibdə" adlı məlumatlandırıcı məqalə çap olunmuşdu. Qəzetin müx­biri yazırdı: "Moskvaya tərkibində 5 nəfər olan Çexoslovakiya nü­mayəndə heyəti gəldi. Bişkekdə yerləşən Çexoslovakiya kənd tə­sər­rüfatı kommunası tərəfindən dəvət olunan nümayəndə heyəti Türk­sibə, oradan isə kommunarların həyatı ilə tanış olmaq üçün Çe­xoslovakiya kommunasına yola düşdülər" ( 1, 94).

Orta Asiya səfəri Y. Fuçikə fəhlə və kəndlilərin ilk dövlətini gör­mək, yeni dünyanın fatehi - SSRİ-nin Kolumbu olmaq imkanı ver­mişdi. O, burada rast gəldiyi insanlarda səmimi çöhrə, təbii dav­ra­nış, xoş və gülərüz görürdü. Müxtəlif xalqların pambıq tar­la­la­rın­da, laboratoriyalarda, dağlarda, səhralarda, zavodlarda fəhlələr, zər­bə­çilər, elm adamları, sürücülər, artistlər, əsgərlərlə görüşürdü. Çox qısa zamanda Fuçik onlarda özünə qarşı inam, rəğbət hissi oya­da bilirdi, onlar isə öz növbəsində Fuçikə ürəklərini açırdı. Məhz bu inanılmaz səmimiyyət Fuçikdə Şərq haqqında sonsuz mə­həb­bətlə əsərlər yazmağa sövq edirdi. Onun Orta Asiya haqqında re­por­tajları sanki bir nəğmə idi, çünki o burada özünü son dərəcə ra­hat, azad və xoşbəxt hiss edirdi.

Geriyə qayıtdıqdan sonra Y. Fuçik bir qayda olaraq müxtəlif dai­rələrdə çıxış edərək Sovetlər ölkəsini müdafiə edirdi. Əgər nə­zə­rə alsaq ki, o dövrdə Çexoslovakiya hələ də SSRİ-nin möv­cud­lu­ğu­nu de yure tanımamışdı, onda yazıçının bu çıxışlarından sonra ona qarşı ciddi təpkiləri başa düşmək çətin olmaz. Bu yolda Fuçik də­fələrlə azadlıqdan məhrum olmuş, ayrı-ayrı cəzalara düçar ol­muş­­dur. Birinci dəfə o " Yaşasın Qızıl Ordu" dediyinə görə 10 gün, ikinci dəfə Praqada "Slavyan adasında" Rusiyadan olan nüma­yə­n­də" kimi çıxış etdiyi üçün 6 gün həbs cəzası almışdı. Ümu­miy­yət­lə, Fuçik 1930-34-cü illər arasında, başqa sözlə SSRİ-yə birinci sə­fəri ilə ikinci səfəri arasında Sovetlər ölkəsi ilə bağlı çıxışlarına gö­­rə dəfələrlə çərimə edilmiş, yaxud həbsə salınmışdır. Və­ziy­yə­tin çı­xılmaz olduğunu görən Çexoslovakiya Kommunist Partiyası onu Pra­qadan uzaqlaşdırmaq üçün "Rudé právo" qəzetinin SSRİ-də xü­su­si müxbiri təyin edir. Beləcə, 1934-cü ildə Y.Fuçik ikinci də­fə Or­ta Asiyaya gəlir.

Üçüncü dəfə isə Fuçik Orta Asiyaya 1935-ci ilin yanvarında sə­ya­hət edir. Bir neçə gün Daşkənddə qaldıqdan sonra Fərqanəyə ge­dir. Bu səfər nəticəsində Fuçik Vətənə döndükdən sonra "Rudé právo"" qəzetində bir neçə məqalə dərc etdirir. Bu silsilə oçerklər bir qayda olaraq "Qeydlər və söhbətlər" başlığı altında verilir. Bu­na əsas səbəb o idi ki, Fuçik məhz həmsöhbətlərinin danışdıqlarını, on­ların fikir və düşüncələrini, eyni zamanda Orta Asiyanın bu sadə, la­kin gözəl insanları haqqında onda yaranmış olan sonsuz təəs­sü­rat­ları qələmə almaq istəmişdir. Təbiidir ki, bu zaman müəllif geniş su­jetli bitkin bir bədii əsər yazmaq fikrindən uzaq idi.

Burada yazdığı məqalə və reportajları o bir qayda olaraq əsə­rin əvvəlində yazıldığı məkan və tarixlə birgə göstərmişdir. Hər bir mə­qalə və reportajın sonunda isə ilk dəfə dərc olunduğu qəzetin və ya jurnalın adı və tarixi verilirdi. Doğrudur, Fuçikin " Sabahımız dü­nən olan ölkədə" („V zemí, kde zítra již znamená včera") kitabında Şərqlə bağlı yalnız iki məqalə var­dır: onlardan biri "Çəyirtkə və din", digəri isə "Qızıl Ordalı kom­somolçu qız" adlanır (3).

4 il ərzində, yəni birinci səfəri ilə ikinci səfəri arasında Y. Fu­çik Orta Asiyada baş verən böyük dəyişiklikləri müqayisə etmək im­kanı əldə edir və görür ki, doğrudan da, bu müddət ərzində bu­rada nəhəng iqtisadi, ictimai, mədəni yüksəlişə nail olunub. Hər şey­dən əvvəl insanlar arasında qarşılıqlı münasibətlər - insanın əmə­yə, cəmiyyətə, dövlətə, kişinin qadına, cəmiyyətin isə uşaqlara mü­nasibəti dəyişib.

Y. Fuçikin Orta Asiyada gördüyü bütün dəyişikliklər son­ra­dan yazdığı əsərlərində öz əksini tapır. Lakin onun qələmə aldığı bu reportajlar heç də hansısa bir turistin təsvir etdiyi felyetonlara bən­zəmir. Onun əsərlərində gizli bir həyat eşqi, həqiqət acısı var. Ey­ni zamanda o, yüksək məsuliyyətli bir müxbir kimi Şərq hə­qi­qət­lərini böyük ustalıqla qələmə almışdır. Belə ki, Fuçik özünün Şərq xalqları ilə təmasdan aldığı sonsuz təəssüratlarını bütün dünya ilə bölüşmək istəyirdi. Onun reportajları ayrı-ayrı konkret faktlara söy­kənir, hərəsinin öz rəngi, öz ahəngi vardı. Lakin bu faktlar eyni za­manda canlı insan obrazlarını, onların yaratdığı xariqələri özündə əks etdirirdi. Adama ilk baxışdan tipik görünən bu adi həqiqətləri ta­pıb üzə çıxartmaq, ona xüsusi ideya və məna vermək yazıçıdan bö­yük istedad və bacarıq tələb edirdi. Bu rəngarəng reportajları qə­ləmə almaq üçün həm də yazıçının güclü müşahidə qabiliyyəti ol­malı idi.

Y.Fuçikin Orta Asiya səyahətləri onun həyat və yaradıcılığında silinməz iz buraxmışdır. Bu o deməkdir ki, yazıçının Şərqlə təmasları çox dərin köklərə malik olmuş və bu səbəbdən də çex oxucusunun ekzotik Şərq dünyası ilə yaxından tanışlığı üçün mühüm əhəmiyyət kəsb edir


  • 1. Фучик Ю. О Средней Азии. Ташкент, 1960.
  • 2. Fučik J. V zemí milované. Reportáže ze Sovětského svazu. Praha, 1950.
  • 3. Fučik J. V zemí, kde zítra již znamená včera. Praha, 1

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Fučík, Julius // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. 1 2 3 4 Fučík, Julius, 1903-1943 // regional database of the Pilsen City Library (çeş.).
  4. 1 2 3 Фучик Юлиус // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 3 Institute for the Study of Totalitarian Regimes https://www.ustrcr.cz/uvod/popraveni-plotzensee/.
  6. 1 2 Julius Fučík // Brockhauz Ensiklopediyası (alm.).
  7. Bibliothèque nationale de France Julius Fučík // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.