Yuliya Flaviya (lat. Iulia Flavia) — Flavilər sülaləsinin nümayəndəsi. İmperator Tit və Marsiya Furnillanın qızı olmuşdur. Onun doğulmasından az sonra valideynləri boşanmışdılar.[3] 79-cu ildə Yuliyanın atası imperator olmuşdur. Tit Yulianı qardaşı Domisianla evləndirmək niyyətində idi, lakin o, bundan imtina etmişdir. O, 81-ci ildə növbəti il konsul olan, Tit Flavi Klementin qardaşı Tit Flavi Sabin ilə evlənmişdir. 82-ci ildə Yuliyanın əri edam edilmişdir.[4] Bundan sonra o, artıq imperator olan Domisianın məşuqəsi olmuşdur.[5]
Yuliya Flaviya | |
---|---|
Doğum tarixi | 63[1] |
Doğum yeri | |
Vəfat tarixi | 91 |
Vəfat yeri | |
Atası | Tit[2] |
Fəaliyyəti | monarx |
Vikianbarda əlaqəli mediafayllar |
Anthony A. Barrett (Hrsg.): Lives of the Caesars. Blackwell, Malden, MA/Oxford 2008, ISBN 978-1-405-12755-4, S. 151.