Yumru qargiləmeyvə

Yumru qargiləmeyvə (lat. Symphoricarpos orbiculatus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. Şimali Amerikada bu bitki hind qarağatı, qırmızı giləmeyvə adlanır.

Yumru qargiləmeyvə
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Symphoricarpos orbiculatus Moench

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2-3 m-dək olan, nazik, qonur və ya qırmızımtıl zoğlu, yarpağıtökülən koldur. Yarpaqları qarşı-qarşıya düzülmüş, yumurtavarı, yumru, kənarları bütövdür. Yarpaqların üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtül, açıq-göyümtül və tükcüklüdür. Payızda qırmızı rəngə boyanır. Çiçəkləri xırda, zəngvarı, çəhrayı-ağ yarpağın qoltuğunda qısa salxımlara yığılmışdır. İyulun əvvəlindən avqustun axırınadək təxminən 50 gün çiçəkləyir. Meyvələri yarımşarşəkilli al-qırmızı, göyümtül çöküntülüdür, diametri 4-7 mm, yeməli deyil, sentyabrda yetişir, uzun müddət tökülmür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarınadək davam edir. 3 yaşından hər il bol çiçəkləyir və meyvə verir. Toxumların həyat qabiliyyəti 79 %, cücərməsi 20%-dir.

Qışa az davamlıdır. Yumru qargiləmeyvə ağ qargiləmeyvəyə nisbətən qışa az davamlıdır. Quru, qumlu və daşlı torpaqlarda, çayların sahillərində və çəmənlərdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Zaqatalada, Altıağac qoruğunda rast gəlinir.

Dekorativ bitkidir. Payızda bu kol çox gözəl olur; nazik zoğları al-qırmızı yarpaqları ilə bütün uzunluğu boyunca qırmızı meyvələrlə örtülür. Canlı çəpərlərdə dekorativ bitki kimi istifadə edilir.