Yumurta (hüceyrə)

Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması - ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən - ziqotadan rüşeym inkişaf edir.Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür.Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350-500 ədədi yetişə bilir.

Yumurta hüceyrəsi
Latınca ovum (ovulum BNA)
Qrey subyekt 266
Aparat Sidik-cinsiyyət

Həmçinin bax[redaktə | mənbəni redaktə et]