Sidik-cinsiyyət aparatı

Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir.

Sidik-cinsiyyət aparatı
Latınca apparatus uragenitalis
Qrey subyekt 260 1204

Sidik üzvləri

[redaktə | mənbəni redaktə et]

Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır.

Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat. ureters) vasitəsilə kiçik çanaqda sidikliyə (lat. vesica urinaria; yun. cystis) toplanır. Buradan isə digər bir axacaq — sidik kanalı (lat. urethra) sidiyi xaricə çıxarır. qadınlarda bu kanal qısa və sadə qurluşa, kişilərdə isə uzun və mürəkkəb qurluşa malik olur. Kişilərdə sidikdən başqa bu kanal vasitəsilə toxum da xaricə çıxır.

Cinsiyyət üzvləri

[redaktə | mənbəni redaktə et]

Cinsiyyət üzvləri — lat. organa genitalia nəsil törətmə vəzifəsini daşıyaraq iki qruoa bölünür:

  • Daxili cinsiyyət üzvləri
  • Xarici cinsiyyət üzvləri

Kişi cinsiyyət üzvləri

[redaktə | mənbəni redaktə et]

Daxili cinsiyyət üzvləri: Xaya Xaya artımı Xayalıq Xaya qişaları Toxumdaşıyıcı axacaq Toxum ciyəsi Toxum kisəcikləri Spermatozoid Prostat

Xarici cinsiyyət üzvləri: Penis Sidik kanalı soğanağı Meri-Kuper vəziləri Qasıq dağcığı Kişi sidik kanalı

Qadın cinsiyyət üzvləri

[redaktə | mənbəni redaktə et]

Daxili cinsiyyət üzvləri: Yumurtalıq Yumurta Yumurtalıq artımları Uşaqlıq borusu Uşaqlıq Uşaqlıq yolu

Xarici cinsiyyət üzvləri: Qasıq dağcığı Böyük cinsiyyət dodaqları Kiçik cinsiyyət dodaqları Qızlıq pərdəsi Klitor Dəhliz soğanağı Uşaqlıq yolu dəhlizi Bartolin vəziləri Qadın sidik kanalı

  • Bourgery JM. Traité complet de l’Anatomie de l’Homme. Paris: Delaunay; 1839. Vol. 5 Splanchnology; pp. 169–179.
  • Gray H (1918) Gray’s anatomy. Anatomy of the human body. XI Splanchnology, 2H The Large Intestine 1918.
  • Atlas of Human Anatomy. vols. 1–3. vol. 1, Osteology, Arthrology and Syndesmology, Myology (317 pp.); vol. 2, Splanchnology, Ductless Glands, Heart (229 pp.); and vol. 3, Nervous System, A ngiology, Sense Organs (326 pp.). Ferenc Kiss and Janos Szentágothai. Pergamon, London; Macmillan, New York, ed. 17, 1964. Illus.
  • M.B. DeJarnette. Technic and Practice of Bloodless Surgery. 1939, p. 51
  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979