Yumurtavari katalpa

Yumurtavari katalpa (lat. Catalpa ovata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.

Yumurtavari katalpa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə hündürlüyü 10 m-ə çatan ağacdır. 10 yaşında hündürlüyü 3,5 m-ə və çətirinin diametri təxminən 2 m-ə çatır. Çiçəklərinin uzunluğu 2,5 sm, iri, zəngvaridir, sarı xallı zolaqlı, üstü ağ, altdan al-qırmızı rəngdə olub, salxımlara yığılmışdır.İyun ayının ortalarında çiçəkləyir. Meyvələri sentyabrda əmələ gəlir, 5 sm uzunluğunda, qutucuqdur, əvvəlki növlərə nisbətən çox qısadır və tam yetişmir. Katalpalar toxumlarla və yay qələmləri ilə çoxalır.

Katalpanın iri və zərif yarpaqları küləkdən zədələndiyi üçün onları küləkdən qorunan günəşli yerdə əkmək məsləhət görülür. Torpaq qarışığı çürüntüdən, torfdan və qumdan (3:2:1:2) hazırlanır. Torpağın turşuluğu neytrala yaxın olmalıdır (pH 6/5-7/5). Yazda hər il şaxtadan zədələnmiş quru budaqlar təmizlənir. Yaşlandıqca qışadavamlılıq artır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Zaqatala, Balakən, Şəki və başqa rayonlarda rast gəlinir.

Katalpa palıdla, yarpağını tökən maqnoliya ilə birlikdə yaxşı bitir, tək əkinlərdə effektli görünür. Canlı çəpərlərin salınmasında, binaların bəzədilməsində istifadəsi məqsədyönlüdür.