Yunan güyəməsi (lat. Periploca graeca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin güyəmə cinsinə aid bitki növü.
Yunan güyəməsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yunan güyəməsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 15–25 m olan, dırmaşan kol lianadır. Gövdə digər ağaclara sarmaşaraq hündürə qalxır. Qabığı çəhrayımtıl-boz rəngdədir, ziyilli mərciməklidir. Yarpaqları qarşı-qarşıyadır, qalın dərilidir, yumurtaşəkilli, yumurtaşəkilli-neştərvari və yaxud neştərvaridir, orta damarı seçiləndir, çılpaq və qısa saplaqdadır; aşağı yarpaqlar adətən küt, yuxarı yarpaqlar isə sivridir. Çiçəklər 2–7 sayda çiçəkdən ibarət seyrək yarımçətirlərdə toplanmış və budağın sonunda yerləşir. Çiçək altlığı və saplağı seyrək tüklüdür. Tac qonurtəhər-yaşılımtıldır, diametri 1,5–2 sm-dir, hissələri uzunsovdur, kütdür, kənarları və qaidə hissəsi ağ tüklüdür; bölümləri qısa sapşəkillidir, tacın payları ilə növbələşir. Toxumları tünd-qonur rəngli, milşəkilli və uzunluğu 10–12 mm-dir, bir tərəfində uzun fır vardır, sonunda parlaq, ağ ipəyəoxşar kəkili vardır. May-iyul aylarında çiçəkləyir, iyul-oktyabr aylarında meyvə verir.
Samur-Şabran ovalığı, BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ cənub, Lənk. dağ., Alazan-Əyriçay, Kür-Araz ovalığı, Kür düz., Lənkəran ovalığında aşağı dağ qurşağına qədər yayılmışdır.
Çayın aşağı tərəflərində, çay sahilində, kolluqlar arasında rast gəlinir; ağac və kollara dırmaşaraq onların gövdəsinin yuxarısına qədər qalxır.
Zəhərli bitkidir. Şirəsində kauçuq və qatran vardır. Qabığı bir neçə ürək xəstəliklərində əhəmiyyətli sayılır. Dekorativ bitkidir.