Yunan tipli sahil (rus. берег греческого типа, ing. Greek type coast) — yer qabığının faylarla differensial yerdəyişməsi nəticəsində formalaşan girintili-çıxıntılı sahil. Çökmüş sahələr körfəzlərə, onları ayıran adalar, yarımadalar isə qalxma sahələrinə müvafiq gəlir.[1]