Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Cabbarov Yunis Hüseyn oğlu (1916, Şərur rayonu – 1953, Moskva) — Sosialist Əməyi Qəhrəmanı (10.03.1948)[1]
Yunis Cabbarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 1953 |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Yunis Cabbarov 1916-ci ildə Naxçıvan Muxtar Respublikasının (keçmiş Naxçıvan MSSR) Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Orta təhsilini Dərvişlər kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1940-cı ildə İnstitutu fərqlənmə ilə başa vurmuşdur. 1943–1952-ci illərdə Ağsu ZDS İcrayyə Komitəsində şöbə müdiri və daha sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Naziri vəzifəsində işləmişdir. Nazir vəzifəsində işlədiyi illərdə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və taxılçılığın inkişafına öz töhfələrini vermişdir. 1953-cü ildə Moskva şəhərində vəfat etmiş və Naxçıvan Muxtar Respublikasına gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir.
Taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğu üçün 10 mart 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eləcə də Böyük Vətən Müharibəsində iştrakı ilə bağlı müxtəlif orden və medallarla təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Babək rayonunda Yunis Cabbarovun adına sovxoz fəaliyyət göstərmişdir. Bununla yanaşı adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində Yunis Cabbarov adına küçə verilmişdir.[2]